"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Bar qızlarını döydü, şirkət rəhbərlərini… – Bakıda ağlasığmaz dələduzluq

29 Mart 2017 - 12:04
in aktual-banner, BannerVeteninfo, Cebhe-banner, CƏMİYYƏT
FacebookVatsap

Bar qızlarını döydü, şirkət rəhbərlərini... -

Bunu da oxuyun

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Dələduzluq və xuliqanlıqda ittiham olunan Biləsuvar şəhər sakini, 1981-ci il təvəllüdlü Səbuhi Əliyevin və onunla birlikdə mühakimə olunan Şamil Taralovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Elchi.az teleqraf.com-a istinadən xəbər verir ki, Səbuhi Əliyev “Merac Holdinq” MMC-in idarə heyətinin sədri vəzifəsində, daha sonra isə “Antinari” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktor-marketinq meneceri vəzifəsində işləyib. Anket məlumatlarına görə, o, ali təhsilli olub və əvvəllər məhkum olunmayıb.
Səbuhi Əliyev əsasən gecə klublarının qarşısına gələrək, ora gələn gənc qızlara qarşı xuliqanlıq hərəkətləri edib. Səbuhi Əliyev həbs olunandan sonra onun çoxsaylı dələduzluq cinayətləri üzə çıxıb.
Cinsi əlaqədə olmaq istəyi
Belə ki, Səbuhi Əliyev Nəsimi rayonu, Bül-bül prospekti 40 ünvanında yerləşən “Tvilight” klubuna gəlib. Orada digər vətəndaşların gözü qarşısında ictimai qaydanı kobud surətdə pozub.
O, Rəhimə Əliyevanın (ad və soyad şərti verilib – red.) yanına gələrək onunla cinsi əlaqədə olmaq istədiyini deyib. Amma Rəhimə Əliyeva onun cinsi əlaqədə olmaq təklifini rədd edib. Buna görə də onların arasında mübahisə yaranıb. Mübahisə zamanı o, təpiklə gənc qızı vurub.
Daha sonra Səbuhi Əliyev həmin gecə klubunda əylənməyə gələn Samirə Babayeva və onun bacısı Vəfa Babayevaya (hər iki bacının adı və soyadı şərti verilib – red.) qarşı xuliqanlıq edib.
O, Samirə Babayeva və onun bacısına yaxınlaşıb, onlarla cinsi əlaqədə olmaq üçün birlikdə evə getmələrini təklif edib. Amma hər iki bacı onun təklifi ilə razılaşmayıb. Bu zaman əsəbləşən Səbuhi Əliyev hər iki bacını döyərək, onlara xəsarət yetirib.
MMC rəhbərinə qarşı 3 min manatlıq dələduzluq
Bundan sonra onun çoxsaylı dələduzluq cinayətləri üzə çıxıb. O, 2012-ci ilin may ayının ortalarında özünü iş adamlarına Türkiyə Respublikasının vətəndaşı Əmrə Ünlü Miyar oğlu kimi təqdim edib. O, Sumqayıt şəhər sakini Tehran Rüstəmov ilə yaxın münasibətlər yaradıb.
Səbuhi Əliyev guya özünün yüksək rəhbər vəzifəli şəxslərlə əlaqələrinin olduğunu, onların yanında nüfuzlu şəxs kimi tanındığını iddia edib. O, Bakı şəhəri ərazisində “Bayraq meydanı”nın yaxınlığında 4 ədəd 5 mərtəbəli binanın söküntü işlərinin tenderdə qalib kimi “Murad” Tikinti Təmir Müəssisəsinin xeyrinə həll olunmasını və qeyd edilən işlərin həmin şirkətə tapşırılmasını təmin edəcəyini yalandan vəd verib. Tehran Rüstəmovu aldadaraq, onun 3000 manatını ələ keçirib.
12 min manatlıq cinayət
Bundan əlavə, Səbuhi Əliyev özünü vəzifəli şəxslərin qohumu kimi təqdim edərək daha bir dələduzluq cinayətinə imza atıb. O, Bakı şəhəri, Q.Quluyev küçəsi 41 ünvanında yerləşən ofisdə, Bakı şəhəri ərazisində tikintisi nəzərdə tutulan 1, eləcə də Sumqayıt şəhəri ərazisində təmiri nəzərdə tutulan 1 məktəbdə görüləcək işlərin tenderdə “Nicat” və “Xalid” MMC-nin qalib gələcəyini, işin həmin şirkətlərə tapşırılacağını təmin edəcəyini iş icraçısı Pərviz Məmmədova yalandan vəd edib. O, Pərviz Məmmədovu aldadaraq, Türkiyə Respublikası vətəndaşları – Müzəffər Şahin və Çelebi Mustafanın vasitəsi ilə hissə-hissə olmaqla, ümumilikdə 12858 manatını alıb.
Həmçinin, Səbuhi Əliyev Cəlilabad rayonu ərazisində tikintisi nəzərdə tutulan orta məktəbdə görüləcək işlərin tenderdə Məhəmməd Ağayevin icraçı direktoru olduğu “Cəlilabad su tikinti” MMC-nin xeyrinə udulucağını və işin həmin cəmiyyətə tapşırılıcağını təmin edəcəyini yalandan vəd verib. O, Məhəmməd Ağayevdən Müzəffər Şahin və Çelebi Mustafanın vasitəsi ilə cəmi 4500 manat alaraq dələduzluq edib.
Bundan başqa, Səbuhi Əliyev “Maks-inşaat” MMC-nin rəhbəri Qərib Balakişiyevdən 33 min manat, “Kapital” MMC-nin baş mühəndisi olan Ramiz Hüseynovdan 14 min 200 manat alaraq dələduzluq edib. O, daha sonra bir neçə şəxsi nazirliklərdə işə düzəldəcəyini vəd edib və onların xeyli miqdarda pullarını ələ keçirib. Bütün bu dələduzluq əməllərində ona Şamil Taralov köməklik edib.
Səbuhi Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 221.2.1-ci (xuliqanlıq) maddələri ilə, Şamil Taralov isə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbuhi Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Şamil Taralov da şərti cəzaya məhkum edilib.
Hökmdən narazı qalan Səbuhi Əliyev apelyasiya şikayəti verib. O, barəsində ədalətli qərar çıxarılmasını xahiş edib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Səbuhi Əliyevin apelyasiya şikayəti təmin edilməyib.
Bundan sonra o, Ali Məhkəməyə kasasiya şikayəti verib. Onun kasasiya şikayəti hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb. Hakim heyəti apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, Səbuhi Əliyevin kasasiya şikayəti təmin edilməyib.
Elchi.az
Previous Post

Bar qızlarını döydü, şirkət rəhbərlərini… – Bakıda ağlasığmaz dələduzluq

Next Post

Azərbaycanda polis iti döydüyünə görə töhmət aldı – Video

Bənzər yazılar

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

06 Oktyabr 2026 - 23:27

Tiranada tarixçi və Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynovun "Qafqaz Albaniyasının qısa tarixi" adlı kitabının təqdimatı keçirilib. Elchi.az xəbər verir...

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

06 Oktyabr 2026 - 21:08

Milli Müdafiə Universitetində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə Nazirliyinin Hərbi Məsləhətçi Təlim Qrupu (BMATT) tərəfindən keçirilən "Təlimatçı...

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

06 Oktyabr 2026 - 20:39

Dünya və ənənəvi din liderlərinin Qurultay Katibliyinin XXIV sessiyasında iştirak etmək üçün Qazaxıstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri...

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr 2026 - 20:37

Elm və təhsil naziri Emin Əmrullayev Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) Baş katibi xanım Dima Əl-Yahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə...

Next Post

Azərbaycanda polis iti döydüyünə görə töhmət aldı - Video

Azərbaycanda polis iti döydüyünə görə töhmət aldı - Video

Son xəbərlər

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

06 Oktyabr 2026 - 23:31
Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

06 Oktyabr 2026 - 23:29
Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

06 Oktyabr 2026 - 23:27
Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

06 Oktyabr 2026 - 23:09
FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

06 Oktyabr 2026 - 23:08
“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

06 Oktyabr 2026 - 21:08
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

06 Oktyabr 2026 - 21:07
EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

06 Oktyabr 2026 - 20:51
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

06 Oktyabr 2026 - 20:39
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr 2026 - 20:37
İndoneziyada yük maşını aşıb, ölənlər var

İndoneziyada yük maşını aşıb, ölənlər var

06 Oktyabr 2026 - 20:35
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

06 Oktyabr 2026 - 19:29
Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

06 Oktyabr 2026 - 19:20
Azərbaycan millisinin baş məşqçisi: Dünya çempionatına vəsiqə qazanan millilərdən çox geri qalırıq

Azərbaycan millisinin baş məşqçisi: Dünya çempionatına vəsiqə qazanan millilərdən çox geri qalırıq

06 Oktyabr 2026 - 19:13
Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

06 Oktyabr 2026 - 19:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.