"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Banklar vətəndaşları kütləvi şəkildə məhkəməyə verir

09 Noyabr 2016 - 10:47
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Ermənistanda baş verən yol qəzasında 5 nəfər ölüb

ABŞ Prezidenti Hörmüz boğazını “Tramp boğazı” adlandırmaq istəyir

5 müntəzəm marşrut “brutto müqavilə” sisteminə qoşulub

Banklar vətəndaşları kütləvi şəkildə məhkəməyə verir

Banklar son aylarda əhalini kütləvi şəkildə məhkəmələrə verirlər. Borclu vətəndaşlar isə özlərini müdafiə edə bilmədiklərindən əksər hallarda məhkəmələri uduzurlar. Bu, artıq ciddi bir şəkil almağa başlayıb. Ekspertlər borcluların məhkəmələrdə hüquqlarını qorumasının vacibliyini vurğulayırlar. Həmçinin bankların məhkəmələrlə işbirliyi də narahatlıq yaradır.
“DəmirBank”ın Ağsu filialı demək olar ki, rayon sakinlərinin böyük əksəriyyətini kredit borcuna görə məhkəməyə verib. Hər gün keçirilən məhkəmə proseslərinin çoxunda bu bankın iddialarına baxılır. İnsanların sosial durumunun ağır olduğu bir zamanda maaş alan borcluların maaşlarından 50 faiz tutulur.
Onsuz da ağır durumda yaşayan sakinlərin ailələrini nə ilə dolandıracaqları nə bankların, nə də məhkəmələrin vecinə də deyil. Kredit borcunu heç kim kefindən gecikdirmir. Elə ailələr tanıyıram ki, evində xəstə valideyni və ya övladı var. Hər aptekə gedəndə də bir paket dərman almağa məcburdur. İşləyən vətəndaşların aldığı məvacibin əlli faizi bankın iddiasına əsasən tutulur”, – deyə rayon sakini bildirir.
Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a bildirib ki, bankların son vaxtlar məhkəmələrə müraciəti kütləvi hal alıb: “Əksər hallarda vətəndaşlar özlərini müdafiə edə bilmirlər. Onlar yardımsız qalanda, banklar birmənalı olaraq prosesi udurlar. Həm də banklar məhkəməni öz istədikləri kimi, istədikləri şəkildə udurlar. İstənilən halda vətəndaşın banka borcu varsa, ödəniş etmirsə, bank məhkəməyə verib udacaq. Amma söhbət ondan gedir ki, hansı məbləği tələb edəcək? 
Yəni bir var vətəndaş məhkəmə prosesində etiraz edib, faiz dərəcələrinin çox yüksək olduğunu bildirir, bunun azaldılmasını tələb edir. Yaxud zaminin məsuliyyət daşımadığını deyir. Mübarizə aparan vətəndaşlar prosesdə nəyəsə nail olurlar. Əgər məhkəmədə vətəndaşlar özlərini müdafiə edirlərsə, vəziyyət acınacaqlı olmur. Amma əlbəttə, vətəndaşlar özlərini müdafiə etmirlərsə, vəziyyət birmənalı şəkildə bankların xeyrinədir. Təəssüf ki, əksər hallarda məhz belədir. Vətəndaşlarda belə bir əhval-ruhiyyə var ki, bankları məhkəmədə udmaq mümkün deyil. Bu fikri banklar özləri dövriyyəyə buraxırlar. İstəmirlər ki, vətəndaşlar onlara qarşı məhkəmələrdə mübarizə aparsınlar. Amma demək olmaz ki, banklar həmişə vətəndaşları udur. Keçən həftə Antikollektor bir bankı məhkəmədə udub. Biz zamini müdafiə edirdik. Məhkəmə onu zaminlik öhdəliyindən azad etdi”.
Ekspertin sözlərinə görə, məhkəməyə verilən vətəndaşlar əksər hallarda özlərini müdafiə etmirlər və məhkəmədə məğlub olurlar: “Daha aktiv olanlar sahibkarlardır. Özlərini məhkəmədə müdafiə edirlər və udurlar. Yəni sahibkarların bankların udduğu hallar var. İstənilən halda, bir sıra vətəndaşlar var ki, onların hətta məhkəməni udmaq şansı olmasa belə, ən azı, məhkəmədə vaxt udmaq şansı var. Bu, əslində vətəndaşın xeyrinədir. Tutaq ki, əksər hallarda vətəndaşın ödəniş qabiliyyəti yoxdursa, maraqlıdır ki, icra halını optimal şəkildə uzatsın. Bəzi hallarda vətəndaşın girovu varsa belə, ona sərf edir ki, bu proses xeyli müddət çəksin, girovunun qiyməti düşsün və sonra özü həmin girovu əldə etsin. Sadəcə, təəssüf ki, vətəndaşlar bu imkanlardan əksər hallarda istifadə etmirlər”
Previous Post

Banklar vətəndaşları kütləvi şəkildə məhkəməyə verir

Next Post

ABŞ-ın yeni birinci xanımı – Dosye (Fotolar)

Bənzər yazılar

Ermənistanda baş verən yol qəzasında 5 nəfər ölüb

Ermənistanda baş verən yol qəzasında 5 nəfər ölüb

02 Sentyabr 2026 - 20:07

Ermənistanda Kuçak-Aparan yolunda baş verən qəza nəticəsində 5 nəfər ölüb. Elchi.az  xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb....

ABŞ Prezidenti Hörmüz boğazını “Tramp boğazı” adlandırmaq istəyir

ABŞ Prezidenti Hörmüz boğazını “Tramp boğazı” adlandırmaq istəyir

02 Sentyabr 2026 - 20:05

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının adını "Tramp boğazı" olaraq dəyişdirməyi təklif edib. Elchi.az xəbər verir ki, bu barədə o...

5 müntəzəm marşrut “brutto müqavilə” sisteminə qoşulub

5 müntəzəm marşrut “brutto müqavilə” sisteminə qoşulub

02 Sentyabr 2026 - 16:47

Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli 250 nömrəli Qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən...

Daşınmaz əmlakın dövlət kadastrının aparılması qaydası təsdiqlənib

Daşınmaz əmlakın dövlət kadastrının aparılması qaydası təsdiqlənib

02 Sentyabr 2026 - 13:30

Daşınmaz əmlakın dövlət kadastrının aparılması qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Next Post

ABŞ-ın yeni birinci xanımı - Dosye (Fotolar)

Sabah 20 dərəcə isti olacaq

Son xəbərlər

Ermənistanda baş verən yol qəzasında 5 nəfər ölüb

Ermənistanda baş verən yol qəzasında 5 nəfər ölüb

02 Sentyabr 2026 - 20:07
ABŞ Prezidenti Hörmüz boğazını “Tramp boğazı” adlandırmaq istəyir

ABŞ Prezidenti Hörmüz boğazını “Tramp boğazı” adlandırmaq istəyir

02 Sentyabr 2026 - 20:05
KİV: ABŞ Konqresində respublikaçılar çoxluğu itirə bilər

KİV: ABŞ Konqresində respublikaçılar çoxluğu itirə bilər

02 Sentyabr 2026 - 19:29
“Neftçi” Kenan Piriçlə yollarını ayırıb

“Neftçi” Kenan Piriçlə yollarını ayırıb

02 Sentyabr 2026 - 19:12
Netanyahu Qəzzada hərbçilərə baş çəkib

Netanyahu Qəzzada hərbçilərə baş çəkib

02 Sentyabr 2026 - 19:00
Goranboyda iclas keçirildi – Sakinlər saat 18:30-dan etibarən evlərinə qaytarılır

Goranboyda iclas keçirildi – Sakinlər saat 18:30-dan etibarən evlərinə qaytarılır

02 Sentyabr 2026 - 18:52
“Yuventus”un futbolçusu 4 ay yaşıl meydanlardan kənarda qalacaq

“Yuventus”un futbolçusu 4 ay yaşıl meydanlardan kənarda qalacaq

02 Sentyabr 2026 - 18:40
Sahibə Qafarova İsveçrəyə işgüzar səfər edib

Sahibə Qafarova İsveçrəyə işgüzar səfər edib

02 Sentyabr 2026 - 18:28
Qanunsuz satışa çıxarılan “arıqlama çayları” aşkarlanıb

Qanunsuz satışa çıxarılan “arıqlama çayları” aşkarlanıb

02 Sentyabr 2026 - 18:16
ABŞ-dən xəbərdarlıq: Ukrayna və İran münaqişələri enerji bazarına təzyiq edir

ABŞ-dən xəbərdarlıq: Ukrayna və İran münaqişələri enerji bazarına təzyiq edir

02 Sentyabr 2026 - 18:03
Rəhim Həsənov Premyer Liqanın III turunun mübahisəli epizodlarını şərh etdi

Rəhim Həsənov Premyer Liqanın III turunun mübahisəli epizodlarını şərh etdi

02 Sentyabr 2026 - 17:55
Uber qlobal işçi heyətini 10% ixtisar etməyi planlaşdırır

Uber qlobal işçi heyətini 10% ixtisar etməyi planlaşdırır

02 Sentyabr 2026 - 17:44
Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu açıqlanıb

Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu açıqlanıb

02 Sentyabr 2026 - 17:35
“Neftçi”də növbəti ayrılıq – Kenan Piriçlə müqaviləyə xitam verildi

“Neftçi”də növbəti ayrılıq – Kenan Piriçlə müqaviləyə xitam verildi

02 Sentyabr 2026 - 17:28
Səfirlik Şəkidə dağda xəsarət alan Niderland vətəndaşına yardıma görə Azərbaycana təşəkkür edib

Səfirlik Şəkidə dağda xəsarət alan Niderland vətəndaşına yardıma görə Azərbaycana təşəkkür edib

02 Sentyabr 2026 - 17:15
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.