"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

”Banklar haqsız olduqlarından qorxuya düşüblər”

05 Mart 2016 - 01:06
in XƏBƏR LENTİ
FacebookVatsap


Əkrəm Həsənov: “Əgər antikollektor qanunsuzdursa, o zaman Azərbaycanda hüquqi xidmət göstərmək qanunsuzdur”

Bunu da oxuyun

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

“İctimaiyyətdə bank sektorunda baş verən proseslərlə bağlı gərginlik hiss olunur. Mərkəzi Bank bu gərginliyin aradan qaldırılması üçün müəyyən addımlar atırdı və indi də atır. Ən ciddi gərginlik xarici valyutada götürülən kreditlərlə bağlıdır. Əgər problem sistem xarakterlidirsə, məsələyə sistematik yanaşmaq lazımdır”.

Bu barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquqi siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Rüfət Aslanlı deyib.

R.Aslanlı bildirib ki, maliyyə sistemi özü də yuxarıda qeyd edilən problemdən əziyyət çəkir. “Mərkəzi Bankın sədri Elman Rüstəmov da bildirib ki, maliyyə sektoru 9,3 milyard manatlıq öhdəliyini yerinə yetirməlidir. Söhbət banklarda yerləşdirilən əmanətlərdən gedir. Maliyyə sektoru, yəni banklar öhdəliyini icra etmək üçün verdiyi kreditləri yığmalıdır. Yaranmış vəziyyət qapalı dairəni xatırladır. Mən bura (iclasa – red.) gələrkən çox ciddi bir halla rastlaşdım. Deməli, Puşkin küçəsində üzərində “Antikollektor” yazısı olan bir ofis açılıb. Maraqlandım, dedilər ki, son zamanlar bir neçə şirkət yaranıb və onlar insanlara banklara olan borclarını qaytarmamağın yollarını öyrədirlər. Mən qayıdanda o şirkətlə məşğul olacağam… Mən belə başa düşürəm ki, biz oturduğumuz qayığı deşirik. Yaxşı, tutalım ki, borcunuzu qaytarmadınız. Fərz edək ki, sizin heç bankda əmanətiniz də yoxdur. Bəs bank kartı ilə maaş alan insanlar, pensiya alan yüzlərlə, minlərlə insan pulunu necə alacaq?! Bank deyəcək ki, pulum yoxdur, vəssalam! Çünki verdiyim kreditləri antikollektorlar sayəsində geri ala bilmirəm. İnsanlar anlamalıdırlar ki, borc götürülübsə, qaytarılmalıdır. Problemin müxtəlif həlli yolları var. Tutalım, bir insan 500 manat kredit götürüb və oğluna toy edib. Hazırda isə bu pulu ödəməyə imkanı yoxdur. Bank anlayır ki, onsuz bu pul qayıtmayacaq. Çıxış yolu nədir? Kreditlər klassifikasiya olunmalıdır: bir qismi restrukturizasiya olunmalıdır, bir qismi silinməlidir, bir qisminin faizlərinə yenidən baxılmalıdır və sair. Bankların aktivlərinin diaqnostikası aparılmalıdır”, – deyə o qeyd edib.

Rüfət Aslanlının Antikollektor Ofis barədə fikirlərini Meydan TV-yə şərh edən qurumu təmsilçisi Əkrəm Həsənov bildirib ki, 3 gündür fəaliyyət göstərirlər və bu müddətdə 100-dən çox vətəndaş onlara müraciət edib: “Halbuki, öz Facebook səhifəm istisna olmaqla heç bir reklam verməmişik”.

O, ümid edir ki, Rüfət Aslanlıya yanlış məlumat veriblər: “Biz, ümumiyyətlə, “vətəndaşlar borclarını qaytarmasınlar” deməmişik. Əksinə, borcların qaytarılmasını vurğulamışıq. Yalnız iki şərt çərçivəsində danışmışıq: Birincisi, qanunla verilən borclar qaytarılmalıdır. İkinci şərt isə vətəndaşın imkanıyla bağlıdır. Vətəndaşın imkanı yoxdursa və bank onu qorxudursa, o zaman biz vətəndaşı müdafiə edəcəyik. Buna görə də Antikollektor Ofisinin fəaliyyəti qanunsuz ola bilməz. Çünki Antikollektor  Ofisi adi hüquq firmasıdır, sadəcə, çox dar ixtisaslaşmış. Yəni geniş yox, sırf bu sahədə xidmət göstərəcəyik. Əgər antikollektor  qanunsuzdursa, o zaman Azərbaycanda hüquqi xidmət göstərmək qanunsuzdur”.

Əkrəm Həsənov hesab edir ki, banklar haqsız olduqlarından qorxuya düşüblər: “Necə olur ki, başqa hüquqi xidmət göstərən ofislər haqda heç nə deyilmir, amma bankların marağına kiçicik təsir edən kimi hələ fəaliyyətə başlamamış Maliyyə Bazarlarına Nəzarət Palatasının təyin edilməmiş sədri qanunsuzluqdan danışır?! Mən sənədlərimizi təqdim etməyə hazıram, buyursunlar. O zaman onlar qanunsuz fəaliyyət göstərmədiyimizi görəcəklər. Bütün hallarda mən Aslanlının fikirləri ilə tam tanış olandan sonra geniş açıqlama verəcəm. Çünki mənə dedilər ki, o, bizim haqqımızda başqa fikirlər də səsləndirib”.

 

Previous Post

”Banklar haqsız olduqlarından qorxuya düşüblər”

Next Post

Daha bir icra başçısı fotoqurbana çevriləcək

Bənzər yazılar

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

02 Noyabr 2026 - 23:12

ABŞ və İran arasında mümkün danışıqlarının gündəliyi Tehranın daha əvvəl təklif etdiyi yeddi günlük planın şərtlərindən ibarətdir. Elchi.az xəbər verir...

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

02 Noyabr 2026 - 23:09

Türkiyədə 5,1 maqnitudalı zəlzələ olub. Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb....

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

02 Noyabr 2026 - 21:40

"Qarabağ" futbol klubunun ev oyunlarını keçirdiyi "Azersun Arena"nın ot örtüyündə renovasiya işləri aparılıb. Bu barədə Elchi.az Ağdam təmsilçisinin mətbuat xidmətindən...

HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

02 Noyabr 2026 - 20:41

İnanılmaz zərbəyə dayanıqlılıq, 10 metrədək dərinlikdə suya davamlılıq və 11 000 mAh tutumlu güclü batareya - yeni HONOR X9e Pro...

Next Post

Daha bir icra başçısı fotoqurbana çevriləcək

Daha bir icra başçısı fotoqurbana çevriləcək

Son xəbərlər

Mərkəzi Bankın valyuta ehtiyatları 15,4 mlrd. dolları ötüb

Mərkəzi Bankın valyuta ehtiyatları 15,4 mlrd. dolları ötüb

03 Noyabr 2026 - 12:29
Dövlət sərhədini pоzduqlarına görə 40 əcnəbi tutulub

Dövlət sərhədini pоzduqlarına görə 40 əcnəbi tutulub

03 Noyabr 2026 - 12:20
Nyu-York ştatında son 30 ildə ilk dəfə qızılcadan ölüm halı qeydə alınıb

Nyu-York ştatında son 30 ildə ilk dəfə qızılcadan ölüm halı qeydə alınıb

03 Noyabr 2026 - 12:11
Azərbaycan Ordusunda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir

Azərbaycan Ordusunda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir

03 Noyabr 2026 - 12:04
Çin qlobal kibertəhlükəsizlik sahəsində əməkdaşlığa çağırıb

Çin qlobal kibertəhlükəsizlik sahəsində əməkdaşlığa çağırıb

03 Noyabr 2026 - 11:57
Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək

Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək

03 Noyabr 2026 - 11:50
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib

Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib

03 Noyabr 2026 - 11:43
Azərbaycan lideri Panama Prezidentinə təbrik ünvanlayıb

Azərbaycan lideri Panama Prezidentinə təbrik ünvanlayıb

03 Noyabr 2026 - 11:35
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

03 Noyabr 2026 - 11:32
Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

03 Noyabr 2026 - 11:29
Spiker: Qarabağ və Şərqi Zəngəzurun bərpası qələbəmizi real məzmunla birləşdirir

Spiker: Qarabağ və Şərqi Zəngəzurun bərpası qələbəmizi real məzmunla birləşdirir

03 Noyabr 2026 - 11:24
Milli Məclis Zəfər günü ilə bağlı bəyanat qəbul edəcək

Milli Məclis Zəfər günü ilə bağlı bəyanat qəbul edəcək

03 Noyabr 2026 - 11:16
Milli Məclis Zəfər Günü münasibətilə Prezident və Birinci vitse-prezidentə təbrik məktubu ünvanlayıb

Milli Məclis Zəfər Günü münasibətilə Prezident və Birinci vitse-prezidentə təbrik məktubu ünvanlayıb

03 Noyabr 2026 - 11:10
Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

03 Noyabr 2026 - 11:05
Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyaya rəsmi səfərə gəlib

Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyaya rəsmi səfərə gəlib

03 Noyabr 2026 - 10:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.