Bakıya yalnız qələbə üçün gəlirlər

🗓 07.09.2014 21:56 ✍️ "Elçi" qəzeti

"Avro-2016"nın seçmə mərhələsinin ilk oyunu çərçivəsində Bakıda millimizin qonağı olacaq Bolqarıstanimg1630891 yığmasının müdafiəçisi Simeon Slavçev qarşıdakı oyun haqda danışıb.

Qol.Az-ın məlumatına görə, Lissabonun “Sportinq” kubunun şərəfini qoruyan 21 yaşlı futbolçu səfərdən sərfəli nəticə ilə qayıdacaqlarını əminliklə söyləyib:
“Azərbaycanla oyuna hazırlıqlar yüksək səviyyədə gedir. Milli komandanın düşərgəsinə böyük ümidlərlə gəlmişəm. Komandamın qələbə qazanması üçün əlimdən gələni edəcəm. Azərbaycanla oyunu səbirsizliklə gözləyirəm. Əsas milli komandada oynamaq şərəfdir. Məncə, hər bir futbolçumuz səfərə yalnız qələbə üçün getdiyimizi dərk edir. Səfərdən yaxşı nəticə ilə qayıdacağımıza inanırıq”.
Xatırladaq ki, Azərbaycan – Bolqarıstan oyunu sentyabrın 9-da 8-ci kilometr qəsəbə stadionunda keçiriləcək.
 

Bənzər yazılar