Ermənistan-Azərbaycan konflikti ilə bağlı mühüm dövr gəlir. 2023-cü ildən çox şey asılıdır.
Elchi.az xəbər verir ki, bu sözləri Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenko qeyd edib.
O bildirib ki, ermənilərin əsas gücü diaspordur:
– Bütün dünyanı əhatə edən və nüfuzedici şəbəkə strukturu;
– Transkontinental fövqəldövlət əlaqələri və münasibətləri;
– Güclü lobbi mövqeləri və hətta dövlət başçıları və parlamentlər səviyyəsində erməni maraqlarının lobbiçiləri;
– Böyük maliyyə resursları və “kölgə şəbəkəsi”nə təsir göstərə bilən bankirlər;
– Xüsusi idealogiya və kilsə;
– Tarixi miflərin müstəsna dərəcədə effektiv istismarı;
– Öz milli maraqlarını digər dövlətlərin dövlət siyasətinin prioritetlərinə çevirmək bacarığı.
“2023-cü ildən çox şey asılıdır. Ermənistan bir ölkə kimi Azərbaycana uduzdu. Bu gün qlobal erməni diasporu Azərbaycana qarşı qlobal oyuna girir. Taleyüklü il olacaq…” – Korotçenko qeyd edib.
Qazaxıstan XİN: AQEM-in fəaliyyətinin gücləndirilməsinə dəstək verməyə hazırıq
Qazaxıstan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) fəaliyyətinin daha da gücləndirilməsinə dəstək verməyə hazır olduğunu təsdiqləyib. Elchi.az...





















Son şərhlər