EN RU

Bakının bu qəsəbəsində işıq olmayacaq

>

Bunu da oxuyun

Bu gecə saat 01:00-dan saat 04:30-a qədər Bakının Xətai rayonundakı “kənd Əhmədli” adlanan yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Bu barədə Elchi.az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanriverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, fasilə əsasən Neapol, Məhəmməd Hadi, Rahib Məmmədov və Xudu Məmmədov küçələrini əhatə edəcək. Buna səbəb Azərenerji”yə məxsus 110 kV-luq 8-ci km elektrik verilişi xətlərində aparılan təmir işləridir.

“Azərişıq” yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyir.

Bənzər yazılar

Next Post

Son xəbərlər

WP2Social Auto Publish Powered By : XYZScripts.com