Bakının bu qəsəbəsi işıqsız qaldı

🗓 05.06.2025 11:06 ✍️ "Elçi" qəzeti
Bakının bu qəsəbəsi işıqsız qaldı

Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranıb.

Bu barədə Elchi.az-a Azərişıq ASC-dən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Qaraçuxur qəsəbəsinin bir hissəsində 6 kV-luq hava xəttində aparılan təmir və budama işləri ilə əlaqədar iyunun 5-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 15:00-dək qəsəbənin Nizami İsmayılov və Cəlal Qurbanov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bənzər yazılar