"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Bakını vurmağa İrəvanın cürəti çatmaz” – işğalçıya “soyuq duş” xəbərdarlığı

25 Fevral 2017 - 09:24
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

 

İrəvanın hərbi ritorikası ən əvvəl onun özü üçün təhlükəli hesab edilir; rusiyalı tanınmış ekspert erməniləri məyus etdi: “İsgəndər”lə asimmetrik zərbə sizi xilas etməyəcək”…

4 günlük aprel müharibəsinin ildönümü yaxınlaşdıqca işğalçı Ermənistanın narahatlığı da artır. Bunu həm İrəvan rəsmilərinin, konkret olaraq, prezident Serj Sərkisyanın seçki təbliğatı kampaniyası çərçivəsində verdikləri ürkək bəyanatlarından, həm də ötən ilin aprelindən sonra onların Rusiyadan aldıqları bəzi silahları tez-tez dilə gətirib, ara-sıra Azərbaycana ünvanlı hədələyici açıqlamalar vermələrindən görmək olar.
Bu kimi bəyanatlarda müharibə xofu da aydın sezilir. Necə deyərlər, işğalçı ölkənin siyasi-hərbi rəhbərliyi bir yandan Azərbaycana “xox” gəlməyə çalışırsa, digər yandan özü də möhkəm qorxur, təlaş keçirir. Serj Sərkisyan çıxışlarının birində boşuna “dünyada qorxmayan adam yoxdur”, deməmişdi ki…
***
Son olaraq Ermənistanım müdafiə naziri Vigen Sərksiyan “RİA-Novosti”yə müsahibəsində özündənrazı şəkildə “İsgəndər” raket komplekslərini üstünlüklərindən danışaraq, onu gözümüzə soxmağa çalışmış, guya bu raketlərin Bakıya qarşı çəkindirici qarant rolunda olduğunu iddia eləmişdi. Lakin erməni müdafiə nazirinin, digər İrəvan rəsmilərinin analoji, bir az da reallıqdan uzaq eyforik bəyanatını şərh edən rusiyalı tanınmış şərhçi, xarici siyasət, müdafiə və təhlükəsizlik sahəsində ekspert Qriqori Trofimçuk fərqli düşünür.

Image result for Vigen Sarksiyan
“Erməni tərəfi bu yaxınlarda məxsusən dəqiqləşdirdi ki, Moskva yox, onun özü ”İsgəndər”lərin idarə pultunda “əyləşib”. Məhz bu kimi bəyanatlar çəkindirici sayıla bilər, nəinki həmin raket kompleksinin özü. Çünki bu sistemi praktikada, döyüş şəraitində tətbiq etmək lazım gəlsə belə, istənilən halda Moskvanın razılığı alınmalıdır. O sadə səbəbə ki, Rusiya və Ermənistan eyni hərbi blokun üzvləridir”. Musavat.com-un məlumatına görə, bu sözləri politoloq rusdilli Vesti.az saytına açıqlamasında deyib.
Bununla belə, politoloq aşağıdakı məqamları vurğulamağı da zəruri sayıb: “Ancaq tarix göstərir ki, eyni silahın münaqişə tərəflərində olması onların bir-birinə hücum etməsini əngəlləməyib. Adi tüfənglər olan vaxtda da belə olub, eyni şeyi həm Azərbaycanın, həm də Ermənistanlın malik olduğu raket kompleksləri haqda söyləmək olar. Bu mənada ”İsgəndər”lərə möcüzə və yüz faizli zəmanət kimi baxmaq əlbəttə ki, olmaz. Ona görə ki, əgər Bakı ötən ilin apreli ilə müqayisədə cari təmas xəttinin daha dərinliyinə girmək qərarı versə, o zaman keçən ilki kimi bir müharibə olacaq. Yəni, onun davamı olacaq. Əgər Ermənistan “İsgəndər” vasitəsilə Azərbaycan ərazisinə və ya birbaşa Bakıya asimmetrik zərbə endirmək fikrinə düşsə, o zaman bu, avtomatik şəkildə bütün Güney Qafqazda müharibəyə gətirəcək”.

Image result for Qriqori Trofimçuk
***
Bu, doğrudan da artıq böyük savaş demək olardı. Belə bir müharibəni aparmağa isə Ermənistanın nə yetərli iqtisadi, nə də insani resursu var – “İsgəndər”lə öyünməyə nə var? Belə bir müharibə yüzdə yüz Ermənistanın simvolik dövlətçiliyinin də üstündən xətt çəkəcək.
Düşmən gərək unutmasın ki, Azərbaycan indi artıq Türkiyə, nüvə Pakistanı, Güney Azərbaycan, İsrail kimi əlavə və mühüm dəstəkçilərə, strateji tərəfdaşlara da malikdir. Onu da gərək yaddan çıxarmasın ki, Azərbaycan yerində dayanmayıb və “İsgəndər”lərlə bağlı da gərəkəni edir. Lazım olarsa, bu kompleksi o, Rusiyadan ala da bilər. Hər necə olmasa, Moskvanın imtina üçün heç bir hüquqi əsası yoxdur. Əks halda, Bakı İrəvandan fərqli olaraq, Rusiya ilə silah ticarətini dondura, onu başqa dövlətlə əvəzləyə bilər. Düşünmürük ki, bu, Kremlin maraqlarına cavab verərdi…

Image result for İsgandar M
Müxtəsəri budur ki, İrəvanın Bakını vurmağa cürəti çatmaz. Həm də o səbəbə ki, Naxçıvandan İrəvan və Metsamor AES-ini daha tez vurula bilər, çünki aradakı məsafə İrəvandan, Xankəndindən Bakıya olan məsafədən dəfələrlə yaxındır. Odur ki, belə ağılsız qərardan öncə erməni rəhbərləri 10 dəfə düşünməlidir. Axı, söhbət faktiki surətdə işğalçıya “soyuq duş” effekti vəd edən reallıqdan gedir.
***
Yerli siyasi təhlilçilər də vəziyyətin partlayış xarakterli olmasına diqqət yönəldirlər. O sırada politoloq Arzu Nağıyevə görə (Axar.az), son zamanlar istər təmas xəttində, istərsə də Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələr birbaşa Ermənistanda keçiriləcək seçkilərlə bağlıdır. Onun qənaətincə, Qarabağ münaqişəsi hər zaman bütün siyasi proseslərdə ermənilər tərəfindən bir kart kimi istifadə olunub.

Image result for Arzu Nağıyev
“Bu azmış kimi, qondarma rejim ”referendum” keçirir, üstəlik, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz olaraq gəlmiş xarici “müşahidəçilər” həmin saxta tədbirə qatılırlar. Ermənilər müxtəlif təxribatlara əl atmaqla guya atəşkəsin Azərbaycan tərəfindən pozulmasını göstərmək istəyirlər. Bu, hər iki tərəfdən itkilərlə nəticələnir. Təəssüf ki, Minsk Qrupunun həmsədrləri də ciddi bəyanatlarla çıxış etmirlər. Təbii ki, hərbi yolla münaqişənin həllinə qadir olan ölkənin başçısı – prezident İlham Əliyev çox ciddi bəyanatla çıxış etdi və bildirdi ki, separatçı və işğalçı rejim Azərbaycanın hər bir əsgərinə, zabitinə görə cavab verəcək”, – deyə ekspert diqqətə çatdırıb.

Image result for BMT
Politoloq vurğulayıb ki, erməni tərəfi istər BMT, istərsə də digər beynəlxalq qurumların qərarlarına məhəl qoymur, öz siyasi məqsədlərinə çatmaq üçün hər gün təxribatlara əl atır: “Deməzdim ki, bu, genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxaracaq. Lakin artıq ağır artilleriya və digər silahlardan istifadə edilməyə başlanıbsa, bu proses aprel hadisələrinə bənzər bir sonluqla nəticələnə bilər”.
***
Beləcə, konstruktiv danışıqlardan, ədalətli sülhdən israrla boyun qaçıran işğalçı ölkə Azərbaycanın səbrini az qala, hər gün sınağa çəkməkdədir. Bu səbir isə sonsuz deyil…

Previous Post

“Bakını vurmağa İrəvanın cürəti çatmaz” – işğalçıya “soyuq duş” xəbərdarlığı

Next Post

“Bütün xahiş və müraciətlərə baxmayaraq Lapşin işini sona çatdırmaq lazımdır”

Bənzər yazılar

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 - 23:23

Çərşənbə günü ABŞ-də inflyasiyanın gözləniləndən daha çox sürətlənməsinin səbəb olduğu dolların möhkəmlənməsi fonunda qızılın qiymətləri kəskin şəkildə azalır. Elchi.az xəbər...

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

14 Oktyabr 2026 - 23:20

Fransada şagirdlərin ölkə üzrə etiraz aksiyalarına başladığı vaxtdan indiyədək hüquq-mühafizə orqanları əməkdaşları təxminən 8 min nəfəri saxlayıblar. Elchi.az -ın BFMTV...

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

14 Oktyabr 2026 - 22:19

Albaniyanın paytaxtı Tiranada etiraz aksiyasında iştirak edən tələbələr Təhsil Nazirliyinin binasına od vurublar. Elchi.az -ın "Politico" nəşrinə istinadən verdiyi məlumata...

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

14 Oktyabr 2026 - 22:17

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmlərinin 51 %-nə nəzarət etdiyi Özbəkistanın "Davr Bank"ının rəhbərliyi yenidən formalaşdırılıb. Elchi.az Özbəkistan mətbuatına istinadən...

Next Post

“Bütün xahiş və müraciətlərə baxmayaraq Lapşin işini sona çatdırmaq lazımdır”

“Bütün xahiş və müraciətlərə baxmayaraq Lapşin işini sona çatdırmaq lazımdır”

Son xəbərlər

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 - 23:23
Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

14 Oktyabr 2026 - 23:20
Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

14 Oktyabr 2026 - 22:19
Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

14 Oktyabr 2026 - 22:17
Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

14 Oktyabr 2026 - 22:08
“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

14 Oktyabr 2026 - 22:05
“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

14 Oktyabr 2026 - 22:03
Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

14 Oktyabr 2026 - 20:58
İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

14 Oktyabr 2026 - 20:56
Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

14 Oktyabr 2026 - 20:53
İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

14 Oktyabr 2026 - 20:50
Qətər Əmiri Azərbaycana səfərə gəlib

Qətər Əmiri Azərbaycana səfərə gəlib

14 Oktyabr 2026 - 19:30
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14 Oktyabr 2026 - 19:23
Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

14 Oktyabr 2026 - 19:21
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

14 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.