"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Bakını iflic edən qurumun adı bəlli oldu – “Azəravtoyol”

19 Oktyabr 2016 - 10:19
in XƏBƏR LENTİ
FacebookVatsap
 Bakını iflic edən qurumun adı bəlli oldu - “Azəravtoyol” Yollara nəzarət Saleh Məmmədovun rəhbərlik etdiyi quruma tapşırılıb; amma küçələri su basanda ASC-nin nümayəndələri gözə görünmədilər

16-18 oktyabrda Bakıya yağan yağış paytaxtın əsas avtomobil yollarında nəqliyyatın hərəkətini iflic edib. Ziya Bünyadov prospekti,  Heydər Əliyev prospekti, Afiyəddin Cəlilov küçəsi, Nobel prospekti, Niyazi küçəsi, habelə Əbdürrəhim bəy Haqverdiyev, Səməd Vurğun küçələri, Abbasqulu ağa Bakıxanov küçəsi  və Tbilisi prospektində tıxac yaranıb. Bir neçə kilometr uzunluqdakı tıxacların əsas səbəbi yollarda, yol qovşaqları və körpülərin altında böyük gölməçələrin əmələ gəlməsidir.
 
Həmçinin Binəqədi rayonunda əksər küçələri, evləri sel basıb.
Sinoptiklərin məlumatına görə, yağışlı hava şəraiti oktyabrın sonuna qədər davam edəcək. Bu o deməkdir ki, Bakıda tıxaclar da bu müddətdə əskik olmayacaq. Hər dəfə yağış yağıb bir neçə kilometrlik tıxaclar yarananda ən müxtəlif dövlət qurumlarının adı çəkilir. Son nəticədə isə yollarda hərəkətin intensivliyini təmin etməli qurum ortaya çıxmır ki, çıxmır. 
Kimdir günahkar? Bakı Şəhər İcra Hakimiyyəti, yoxsa digər qurumlar? 
Apardığımız kiçik araşdırma zamanı bəlli oldu ki, Bakı yollarında hərəkətin intensivliyini təmin etməli qurum “Azəravtoyol” ASC-dir. Qanuna görə, avtomobillərin intensiv hərəkət etmələri, yol və yol qurğularının daim işlək vəziyyətdə olması vəzifəsi “Azəravtoyol” ASC-nin üzərindədir.
Avtomobillərin davamlı və maneəsiz hərəkətini təmin etməli olan bu qurum yağış yağan zaman sanki qeybə çəkilir. 
Halbuki yol və yol qurğuları tikildikdən sonra məhz “Azəravtoyol” ASC-nin balansına verilir. Hər il dövlət büdcəsindən yolların işlək vəziyyətdə olmasının təmin edilməsi üçün milyonlarla manat ayrılır. “Azəravtoyol” ASC rəsmilərinin həmin milyonları təyinatı üzrə xərcləmədikləri isə hər dəfə yağış yağanda üzə çıxır. Bunu isbatlamaq üçün uzun-uzadı yoxlamaya da ehtiyac yoxdur. Bakının Ziya Bünyadov prospektində artıq bir neçə ildir ki, böyük gölməçələr yaranır, Bakının mərkəzi prospekti keçilməz duruma düşür. Oktyabrın 17-də bu istiqamətdə yaranan tıxac prospektə bitişən və kəsişən yollarda uzun tıxaclar yaratsa da, yolda tıxac səhərdən axşama qədər davam  etsə də, “Azəravtoyol” ASC  rəsmilərini ərazidə görən olmayıb. Heç müvafiq texnikanı da “Azəravtoyol” ASC yollara çıxarmadı.
Qeyd edək ki, 2015-ci ilin dekabrında prezident İlham Əliyev “Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
 
Yeni sərəncama əsasən, 2007-ci il 22 fevral tarixli sərəncamda aşağıdakı dəyişikliklər edilib:
 
1-ci hissədən “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyində” sözləri çıxarılır. Nazirlər Kabinetinə “Azəryolservis” (o zaman quruma hələ “Azəravtoyol” ASC adı verilməmişdi. Prezident İlham Əliyevin 2016-cı il 9 mart tarixli Fərmanı ilə “Azəryolservis” ASC-nin adı dəyişdirilərək “Azəravtoyol” ASC adlandırılıb-red.) Açıq Səhmdar Cəmiyyətinin yeni Nizamnaməsinin və strukturunun layihələrini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən dövlət orqanları barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nəqliyyat Nazirliyinin balansında olan avtomobil yollarının “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsini bir ay müddətində təmin etmək; bu sərəncama əsasən, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin balansına verilən avtomobil yollarının idarə olunması, təmiri, saxlanması, qorunması və yenidən qurulması xərcləri ilə bağlı illik büdcə vəsaitinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə ayrılmasını təmin etmək; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə iki ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
 
Belə görünür ki, “Azəravtoyol” ASC-yə 2015-ci ilin fevralında  sədr təyin olunan Saleh Məmmədovun prezidentin bu sərəncamından xəbəri yoxdur. Və ya S.Məmmədov Bakıda yerləşən “Azəravtoyol” ASC-ni xaricdən, yollarda intensiv hərəkətin təmin olunduğu bir regiondan distansion olaraq idarə edir. 
E.HÜSEYNOV






Bunu da oxuyun

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

Məkkə sazişinə qoşulanların sayı arta bilər

Previous Post

Bakını iflic edən qurumun adı bəlli oldu – “Azəravtoyol”

Next Post

Ankarada böyük terrorun qarşısı alınıb

Bənzər yazılar

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33

Türkiyənin Hakkari şəhərinin Yüksekova rayonunda canlı arı pətəklərinin içərisindəki şanların arasına gizlədilmiş vəziyyətdə 91,1 kq narkotik vasitə ələ keçirilib. Elchi.az...

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32

İtaliyanın Qarda gölü yaxınlığındakı çadır düşərgəsində baş verən yanğın nəticəsində 10-dan çox insan xəsarət alıb. Elchi.az xəbər verir ki, bu...

Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın imzaladığı Məkkə sazişinə altıdan çox ölkə qoşulmaq istəyir. Elchi.az "Haber Global"a istinadən xəbər verir ki,...

İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55

İran ABŞ-nin irəli sürdüyü təklifə cavabını Qətər vasitəsilə Amerika tərəfinə çatdırıb və bununla da nüvə proqramı ilə bağlı müzakirələrin yenidən...

Next Post

Ankarada böyük terrorun qarşısı alınıb

Aparıcı canlı yayında qadının sinəsini öpdü, qamlaqal oldu (VİDEO)

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.