Bakıdan bu şəhərə reys açılır

57

“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) Bakıdan Qazaxıstanın paytaxtı Astana şəhərinə reyslər açır.

Bu barədə Elchi.az-a AZAL-ın Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, martın 16-dan etibarən aviaşirkət Bakı-Astana-Bakı marşrutu üzrə reyslərin yerinə yetirilməsinə başlayacaq.

Bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə həyata keçiriləcək. Bakıdan Astana şəhərinə uçuşlar bazar ertəsi və cümə axşamı, əks istiqamətdə isə çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.