Bakıda yaşayış binasında partlayış baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Elchi.az-a verilən məlumata görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, rayon ərazisində yerləşən yaşayış binalarının birinin 4-cü mərtəbəsində qaz sızmasından partlayış olub. Nəticədə mənzilin sahibi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə dərhal müvafiq dövlət qurumlarının əməkdaşkarı cəlb olunub. Polis əməkdaşlarının köməyi ilə ev sahibi dərhal xəstəxanaya çatdırılıb və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
Faktla bağlı araşdırma aparılır.
FHN: Bayram günlərində 72 yanğına çıxış olub, 18 nəfər xilas edilib – VİDEO
Fövqəladə Hallar Nazirliyi vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək...





















Son şərhlər