Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 6-cı toplantısı başlayıb.
Elchi.az xəbər verir ki, Elmar Məmmədyarov, Mixail Canelidze və Mövlud Çavuşoğlu arasında media üçün qapalı keçirilən üçtərəfli görüşdə siyasi, iqtisadi və digər sahələrdə məsələlər müzakirə olunacaq. Görüş zamanı regional, beynəlxalq məsələlərin, həmçinin Dağlıq Qarabağ münaqişəsinin müzakirə ediləcəyi nəzərdə tutulub.
Görüşdə əvvəlki görüşlərdə qəbul olunmuş qərarların nəzərdən keçirilməsi, 3 ölkənin iştirakı ilə regional əməkdaşlıq məsələlərinin müzakirə olunması və sonda “2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı”nın imzalanması gözlənilir.
Görüşdən sonra hər üç nazir birgə mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandıracaq.