Bakıda türkiyəli gənci döydülər

🗓 29.07.2014 15:54 ✍️ "Elçi" qəzeti

Bakının Səbail rayonu ərazisində türk vətəndaşı döyülüb.58436_res_01

Səbayel rayonu 9-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə bu gecə baş verib.

Belə ki, gecə saatlarında 21 yaşlı Elbey Murad möhkəm döyülüb. Naməlum şəxslər ona küçədə gedərkən hücum ediblər.

Bir neçə yerindən bədən xəsarətləri alan Elbey Murad ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. Polis gənci döyən şəxsləri axtarır.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar