Bakıda fəaliyyət göstərən taksi xidmətlərində gediş haqqı artıb.
Elchi.az xəbər verir ki, qiymətin bahalaşmasını taksi sürücüləri və sərnişinlər də Trend-ə təsdiqləyib.
Onların sözlərinə görə, gediş haqqı 30%-ə qədər bahalaşıb.
“Sürücülər bildiriblər ki, hazırki bahalaşma “Formula 1″ Qran-prisi ilə bağlıdır. Belə ki, yarışla əlaqədar Bakıya çoxlu sayda turist gəlib. Bu səbəbdən də taksi xidmətlərindən istifadə artıb. İkinci səbəb kimi isə yarışlarının keçirildiyi mərkəzi yolların bağlı olması və benzin sərfiyyatının artmasdır. Bu hal müvəqqətidir. Yarışlar bitdikdən sonra qiymətlər əvvəlki vəziyyətinə qayıdacaq”, – deyə qeyd edilib.
Rəqəmsal İnkişaf və Rabitə Nazirliyindən isə Trend-ə bildirilib ki, taksi minik avtomobilləri ilə daşımalarda tariflər dövlət tərəfindən tənzimlənmir.
Sabah Bakıda və bir neçə rayonda işıq kəsiləcək
Sentyabrın 16-da paytaxt ərazisində Yasamal rayonunun, eləcə də bir sıra regionların elektrik şəbəkələrində təmir işləri aparılacaq. Elchi.az xəbər verir ki,...





















Son şərhlər