Bakının Sabunçu rayonunda sərnişin avtobusunun “Kamaz”a çırpılması nəticəsində bir nəfər ölüb.
Elchi.az xəbər verir ki, hadisə avtobus Balaxanı qəsəbəsindən H.Əliyev prospekti istiqamətdə hərəkətdə olarkən baş verib.
Qubad Ələsgərov idarə etdiyi Çinar MMC-yə məxsus “Korsan” markalı sərnişin avtobusu ilə yolun sağ tərəfində dayanan “Kamaz” markalı yük avtomobilini vurub. Nəticədə avtobusda olan sərnişin, 1966-cı il təvəllüdlü Adikə Əliyeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Narkotikin təsiri altında olan sürücü həbs edilib
Paytaxtın Binəqədi rayonunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan sürücü saxlanılıb. Elchi.az -ın məlumatına görə, müəyyən edilib ki, axtarışda...





















Son şərhlər