Fransanın Azərbaycandakı səfirliyinin qarşısında 40-a yaxın qadın və uşağın iştirakı ilə piket keçirilib.
Aksiyada Gəncəyə Ermənistan tərəfindən açılan raket atəşləri nəticəsində həlak olmuş uşaqları simvolizə edən qanlı kəfənə bürünmüş kuklalar nümayiş edilib.
İştirakçılar əllərində həlak olmuş uşaqların adları və şəkillərini, eləcə də hücuma məruz qalan şəhərlərin adlarını əks etdirən plakatları tutublar.
Həmçinin piketdə Azərbaycan xalqı adından Fransa Senatına və xalqına ünvanlanmış petisiyanı dəstəkləyən transparantlar da yer alıb.
FRANSAYA QARŞI PETİSİYANIN İMZALANMASI QAYDASI
Bu petisiya qəlbində əks-səda yaradan kəslərə fransız dilini bilmədən asanlıqla və tez bir zamanda ona dəstək olmaq üçün necə səs vermək barədə addım-addım təlimatlar hazırlamışıq.
Petisiyaya qoşulmaq üçün aşağıdakı linkdən keçid edə bilərsiniz: