"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Bakıda ölülərdən 140 milyon qazanan şəbəkə

13 Mart 2017 - 13:25
in CƏMİYYƏT
FacebookVatsap

Bakıda ölülərdən 140 milyon qazanan şəbəkə

Bunu da oxuyun

FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

Külək güclənəcək – XƏBƏRDARLIQ

Qruplaşma hər ölünün boynuna bir neçə min borc qoyur.

Azərbaycanda bir insanın ölümü onun yaxınlarına orta hesabla 5 min manata başa gəlir. İstiPress apardığı araşdırmadan sonra belə bir qənaətə gəlib ki, ölən insanın yaxını dəfn və yalnız bir yas mərasiminə bir neçə min manat xərc çəkmək məcburiyyətindədir. Bu isə izafi xərclənən yüz milyonlarla manat pulun dövriyyəsi deməkdir.

Bir insanın dünyasını dəyişməsi zamanı ilk növbədə onun ölümünü təsdiq edən “Ölüm kağızı” əldə edilməlidir. Son illərə qədər bu sahədə rüşvət faktları olsa da, artıq ASAN Xidmətdən bu sənədi pulsuz əldə etmək olar. Ancaq sevinməyə tələsməyin, nə qəbristanlıqlar, nə daş sexləri, nə yas mərasimlərinin təşkili ASAN Xidmətin nəzarətində deyil.

Bundan sonra əsas pul “rıçaq”ları işə düşür. İlk növbədə meyitin yuyulması 50-100 manat arasında dəyişir. Bura meyitin yuyulub, gülablanıb, kəfənlənməsi, pambıqlanması və gülablanması daxildir.

Digər çox pul aparanlardan biri də mollalardır. Ya siz hər bir ayin üçün ayrıca molla tutmalısınız və hər dəfəsində də hər “xidmət”ə görə ayrıca pul ödəməlisiniz. Ya da ki, bir molla sizin yaxınınızın yuyulmasında, evdə vida mərasimində, cənazə namazının qılınmasında, dəfn olunmasında və yalnız 3, 7 və ya cümə axşamlarının birində iştirakına görə sizə güzəştlə 200 manata razılıq verə bilər.

Başqa bir xərc yük avtomobilindən istifadə olunmaqla meyitin evdən məscidə aparılması, məsciddə yuyulduqdan sonra təkrar evə gətirilməsi və daha sonra dəfn olunmaq üçün qəbirstanlığa aparılmasıdır ki, bu zaman qiymət 75-200 manat arasında dəyişir. Qiymət fərqi nəqliyyat vasitəsinin markasından asılı olaraq dəyişir. Məsələn, sovet istehsalı olan “UAZ” və ya “Qazel” markalı maşınlar köhnə olduqları üçün onlar sizə yuxarıda sadalanan hər 3 istiqamət üzrə ən çoxu 100 manata xidmət göstərərlərsə,  əsasən Göy məscidin qarşısında rast gəldiyimiz “katafalka” adlandırılan xüsusi avtomobillər də var ki, onların sifarişinə görə 200 manatdan başlanan qiymətlər daxildir.

Ruhən xərclər içində can verən orta statistik azərbaycanlı bütün bu xərclərə qədər bəlkə də ən böyük zərbəsini qəbir yerini axtarıb, “münasib qiymətə” tapanda alıb. Söhbət burda artıq 50-100 manatdan yox 500-3000 manat aralığındakı fantastik məbləğdən gedir. Məsələn, əgər Hövsan qəsəbəsindəki Dədə Qorqud yaşayış massivindəki qəbirstanlıqda 500 manata yer almaq mümkün olsa, o zaman qəbrin qazılması, meyitin basdırılması, istifadə olunan tikinti materiallarının qarşılanması üçün əlavə 150-160 manat xərciniz çıxacaq. Yox, əgər Yasamal qəbirstanlığında yer almaq istəsəniz, burda söhbər bir neçə min manatdan gedir.

Qəbir daşları isə əsl menyu ilə təklif olunur. Hazırda “bazarda” 2 növ daşlar dominantlıq edir. Bunlar Ukraynadan, Hindistandan və Çindən gətirilən daşlardır. Ümumiləşdirək, adi mişar daşından olsa 500 manat, ağ mərmərdən 1000 manat, Hindistan və Çin istehsallı qara daşlar 1600-1800 manat, Ukrayna istehsallı qara mərmər isə 1800-2200 manat arasında dəyişir.

Dəfn mərasimindən sonra ölünün yaxınları özünə gəlməmiş ikinci zərbəni ehsan mərasimlərinin təşkili zamanı alır. Burda artıq iki seçim imkanı yaranır. Ya mərasim zalında toy menyusu sayaq hər bir gələn adama uyğun məbləğ ödəməlidir, ya da “palatka” sifariş verməklə ərzaq alıb bütün işləri özü görməlidir. Mərasim zalları şəhərin müxtəlif yerlərində fərqli qiymətlərədir. Məsələn, Badamdar qəsəbəsi ərazisində adambaşı 10 manatdırsa, məscidlərin mərasim zallarında 15 manat, yox əgər süfrədə ekzotik meyvələr istəsəniz, o zaman 20 adambaşına 20 manat ödəməlisiniz. Və ya mərasim zalını icarəyə götürəcəyiniz halda 300 manat tələb olunacaq.

Yox, əgər kimsə qərar versə ki, məclisi həyətində versin, o zaman xırda xərclərin üzərinə təşkilatçılıq da əlavə olunacaq. Yəni 150-500 manat arası müxtəlif cür vasitələrlə təchiz olunmuş çadırlar sifariş vermək olur. Adətən 250 manatdan yuxarı olanda bura 4-5 nəfər masalara xidmət edən əməkdaşlar da aid edilir. Bundan sonra ərzağın alınması və çay, şirniyyat və yemək hazırlanması qalır ki, bu da təqribən 500-800 manata başa gəlir. Söhbət 150-200 nəfərlik qonağın qarşısına qoyulacaq ehsan süfrəsindən gedir.

Beləliklə, sadalanan xərclərin hamısını cəmləsək və hər birinin yalnız minimumunu götürsək, görərik ki, Azərbaycanda ən ucuz ölüm 2200 manata başa gəlir.

Ən ucuz yuyulma                                   – 50 azn

Ən ucuz molla (bütün mərasimlər)   – 100 azn

Ən ucuz dəfn maşını                             – 70 azn

Ən ucuz qəbir yeri                                 – 500 azn

Ən ucuz qəbir daşı                                – 500 azn

Ən ucuz yas mərasimi(1 sayda)          – 1000 azn

Qeyd edək ki, paytaxtın Yeni Suraxanı, Digah, Nardaran və bir neçə qəsəbəsi var ki, bu ərazilərdə ölənin bütün xərcləri yerli məscidlər tərəfindən qarşılanır. Ancaq əgər həmin qəsəbədə qeydiyyatda olmayan bir vətəndaş olarsa, o zaman ya ümumiyyətlə icazə verilmir dəfn olunmağa, ya da müəyyən məbləğ müqabilində bu mümkün ola bilər.

Dövlət Statistika Komitəsinin rəsmi saytında 2015-ci il üzrə ölən Azərbaycan vətəndaşlarının sayı 55 min nəfərə qədər göstərilir. Bu rəqəmi orta hesabla 5 min manata başa gələn yas xərcinə vursaq, o zaman dövriyyədə  280 milyon manata qədər pulun olduğunu görmək olur. Bu isə müvafiq sahədə inhisarçılığın olduğundan və bir qrup insanın əlində cəmləşdiyini göstərir.

Elchi.az

Previous Post

Bakıda ölülərdən 140 milyon qazanan şəbəkə

Next Post

Bakıda evakuator kobudluğu: Təkəri linglə döndərdi – Video

Bənzər yazılar

FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

30 Sentyabr 2026 - 19:29

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi...

Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

30 Sentyabr 2026 - 18:56

Nazirlər Kabineti “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi...

Bakıda və bölgələrdə külək güclənəcək

Külək güclənəcək – XƏBƏRDARLIQ

30 Sentyabr 2026 - 18:48

Oktyabrın 2-3-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən...

Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ

Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ

30 Sentyabr 2026 - 18:17

Oktyabr ayının ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən...

Next Post

Bakıda evakuator kobudluğu: Təkəri linglə döndərdi - Video

Bakıda evakuator kobudluğu: Təkəri linglə döndərdi - Video

Son xəbərlər

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

01 Oktyabr 2026 - 00:01
“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

30 Sentyabr 2026 - 22:36
Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

30 Sentyabr 2026 - 22:34
Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

30 Sentyabr 2026 - 22:33
ABŞ səfirliyi: Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk

ABŞ səfirliyi: Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk

30 Sentyabr 2026 - 22:31
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində vahid ölkə stendində nümayiş olunur

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində vahid ölkə stendində nümayiş olunur

30 Sentyabr 2026 - 19:52
Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

30 Sentyabr 2026 - 19:50
Həsənzadə: ABŞ SEPAH və “Bəsic” qərargahlarına hücumla heç nəyə nail olmayıb

Həsənzadə: ABŞ SEPAH və “Bəsic” qərargahlarına hücumla heç nəyə nail olmayıb

30 Sentyabr 2026 - 19:48
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

30 Sentyabr 2026 - 19:44
FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

30 Sentyabr 2026 - 19:29
Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

30 Sentyabr 2026 - 19:12
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

30 Sentyabr 2026 - 18:56
Bakıda və bölgələrdə külək güclənəcək

Külək güclənəcək – XƏBƏRDARLIQ

30 Sentyabr 2026 - 18:48
Rutte Rusiyaya NATO-nun müdafiə məqsədlərini xatırladıb

Rutte Rusiyaya NATO-nun müdafiə məqsədlərini xatırladıb

30 Sentyabr 2026 - 18:39
Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

30 Sentyabr 2026 - 18:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.