"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Bakıda növbəti faciə yaşana bilər: Zığ sakinlərinə “ölüm kağızı”na qol çəkdirirlər – REPORTAJ, FOTOLAR

12 Avqust 2015 - 18:00
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Naxçıvanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Ermənistan Kəlbəcər istiqamətində yeni yol çəkir

4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı

Bakıda növbəti faciə yaşana bilər: Zığ sakinlərinə “ölüm kağızı”na qol çəkdirirlər - REPORTAJ, FOTOLAR

Avqustun 12-də bir qrup Zığ sakini etiraz aksiyası keçirdi. Onlar sürüşmə zonasındakı evlərinin taleyi ilə bağlı aidiyyatı qurumlardan açıqlama tələb ediblər.
 
Aksiya iştirakçıları hadisə yerində olan musavat.com-un müxbirinə bildirdilər ki, sürüşmə nəticəsində qəzalı vəziyyətə düşən 55 evin sakinlərinə köçürülmələri ilə bağlı xəbərdarlıq edilib. Sakinlərə kirayə evlər təklif olunsa da, neçə ay həmin evlərdə qalacaqları deyilmir. Çıxarıldıqları evə görə isə heç bir kompensasiya ödənilməyəcək. 
 
Dəqiq məlumat əldə edə bilməyən Zığ qəsəbəsinin sakinləri Prezident Administrasiyasına yollanıblar. Administrasiyadan isə bildiriblər ki, onları baş nazirin müavini Abid Şərifov qəbul edəcək. Lakin narazı sakinlər Abid Şərifov tərəfindən qəbul edilməyib.

Sakinlərin yaşadığı evlərin qazı, işığı kəsilir…

Bir neçə gündür ki, qəzalı evlərin qaz və işıq sayğacları sökülür. Sakinlər evdə yaşadıqlarını əsas gətirərək buna etiraz edirlər. Lakin sakinlərin etirazına məhəl qoyulmur.
Ərazidəki evlərin vəziyyəti elədir ki, baş verə biləcək kiçik bir sürüşmə onlarla insanın həyatını təhlükə altına ata bilər. Yamaclarda yerləşən evlərin əksəriyyəti çatdır. Sürüşmələr bir neçə evi isə tamamilə uçurdub. Artıq 8 ilə yaındır ki, sürüşmə zonasında yaşayış var.
Aidiyyatı qurumlar sakinlərin köçürülməsi prosesini həyata keçirməyib. İndi yaranan vəziyyət onu göstərir ki, 100-dən çox evin sakini ölümün gələcəyini istənilən an gözləyir.
Qəsəbə sakini Afaq Bayramova müsavat.com-a açıqlamasında bildirdi ki, yaşadıqları ərazi 10 ilə yaxındır ki, sürüşmə zonasıdır: “Yaşadığımız yer sürüşmə zonasıdır. 5 ildən çoxdur ki, Nazirlər Kabinetinə gedib-gəlirik. Evlərimiz çatdır. Müraciətlərimiz əsasında 120 ev siyahıya alındı. Bu evlərdən 52-si tamamailə qəzalı vəziyyətdədir. 15 evin sakinini kirayəyə köçürdülər. 1 ay ərzində kompensasiya veriləcəyi deyildi. Lakin sonradan onlara dedilər ki, kompensasiya verilməyəcək. Kirayə pulunu isə öz ciblərindən ödədiklərini dedilər. Səsimizi Nazirlər Kabineti eşitsin. Körpə uşaqlarla bu vəziyyətdə qalmışıq. Bura yamacdır. Bütün evlər təhlükəlidir”.
Torpağı bələdiyyədən aldıqlarını deyən A.Bayramova 6 ilə yaxındır ki, burada yaşadıqlarını bildirdi. Qəsəbə sakini torpağı alarkən buranın sürüşmə zonası olması haqda heç bir xəbərdarlıq almadıqlarını dedi.

“Abid Şərifovun üzünü görməmişik ki, görək nə rəngdədir?”

Digər qəsəbə sakini Əlcan Abbasovun şikayəti isə başqadır. Ə.Abbasovun evi qəzalı vəziyyətdə olsa da siyahıya alınmayıb. Maraqlısı isə odur ki, onun evinin hər tərəfində olan evlər siyahıya çoxdan alınıb:“Evimin ətrafında olan qonşularım qeydə alınıb. Necə olur ki, mənim ətrafımda olan evlər qəzalı olur, amma mənim evim yox? Məqsəd nədir? Niyə qeydə alınmır, bilmirik”.
Qəsəbə sakini Məşuqə Mövlanova necə deyərlər öz ölümünə qol çəkən sakinlərdəndir. Yəni, M.Mövlanova İcra Hakimiyyətinin ona təqdim etdiyi sənədə qol çəkib və razılıq verib ki, ev uçarsa, məsuliyyəti özü daşıyacaq: “4 il əvvəl də gəldilər ki, evdən çıxın. Amma kompensasiya təklif etmədilər. Elə dedilər ki, evdən çıxın, qəzalıdır. Biz də yaşayacaq yerimiz olmadığı üçün çıxmadıq. Bizdən özləri gətirdikləri sənədə qol çəkməyimizi istədilər. Həmin sənədə qol çəkdik ki, biz özümüz könüllü olaraq, bu evdə yaşayacağıq. Evimizin sənədi yoxdur, torpağın şəhadətnaməsi var. Mən o sənədə qol çəkdiyim üçün indi mənim evimi qəzalı evlərin siyahısına salmayıblar. Evimizin aşağısı dəfələrlə sürüşüb. İki beton divar tikdirmişik ki, sürüşmənin qarşısını alaq. Evlərin qazını, işığını kəsirlər, amma demirlər ki, nə vaxt çıxacaqsınız. Mətbuata danışan sakini elə bil qara siyahıya salırlar”.
Salatın İbrahimova da narazı sakinlərdən biridir. O, dəfələrlə Prezident Administrasiyasına, Nazirlər Kabinetinə şikayətə getdiklərini deyir. Lakin onların şikayətlərinin bir faydası olmayıb: “Bu qəsəbədə olan yüzlərlə ev qəzalı vəziyyətdədir. Bu gün də Prezident Administrasiyasına getmişdik. Dedilər ki, Abid Şərifov sizi qəbul etdəcək. Amma görüşə bilmədik. 5 ildir ki, gedib-gəlirik. Abid Şərifovun üzünü görməmişik ki, görək nə rəngdədir? Bizi qəbul eləmir. Biz niyə Azərbaycan vətəndaşı deyilik? 8 ildir ki, bu vəziyyətdəyik. Qanunsuz ev tikməməişik. Bələdiyyə, polis, İcra Hakimiyyəti – hamısı pul alıb.
Hacıbala Abutalıbov Suraxanı rayon İcra Hakimiyyətinin başçısı olanda bu torpaqları alımışıq. Torpaqları bizə Hacbıala Abutalıbov satıb. Bəs indi hanı? Cənab prezident dedi ki, evlər sənədləşdiriləcək. Amma bircə dəfə də olsun, gəlib maraqlanan olmadı”.

Vətəndaşlara “ölüm kağızı”na qol çəkdirirlər…

Qəzalı evlərin sakinləri ilə söhbər edərkən əraziyə gələn İcra Hakimiyyətinin nümayəndəsinin də fikirlərini öyrənə bildik. Suraxanı Rayon İcra Hakimiyyətinin Soaial-iqtiasdi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçiçisi Xanoğlan Allahverdiyev qəzalı evlərin sakinlərinə bir neçə il əvvəl də xəbərdarlıq edildiyini dedi.
Ərazinin sürüşmə zonası olduğunu deyən X.Allahverdiyev qeyd etdi ki, vətəndaşların şikayəti əsasında Fövqəladə Hallar Nazirliyi və müvafiq qurumlar qəsəbədə 120 evə baxış keçirib və siyahı hazırlanıb: “Bu evlərdən 52-sinin qəzalı vəziyyətdə olması müəyyənləşdirilib və Nazirlər Kabineti Fövqəladə Hallar Nazirliyinə tapşırıq verib ki, bu evlərin sakinləri köçürülsün. Qalan evlərin sakinlərinin təhlükəsizliyinin təmin edilməsi isə Suraxanı Rayon İcra Hakimiyyətinə tapşırılıb. Rayon İcra Hakimiyyəti də vətəndaşlara bildiriş verir ki, burada yaşamaq olmaz. Bu sakinlərin təhlükəsizliyinin təmin edilməsi üçündür. 52 evin sakinin kirayədə yerləşdirilməsi üçün vəsait ayrılıb”.
İcra Hakimiyyətinin nümayəndəsi bildirdi ki, sakinlərin kirayələrdə nə qədər qalması Nazirlər Kabinetinin verəcəyi qərardan asılı olacaq: “Bu, rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid deyil. Hazırda məsələnin həlli Nazirlər Kabineti və Fövqəladə Hallar Nazirliyindən asıldır. Biz sadəcə sakinlərə xəbərdarlıq edirik ki, “burada yaşamaq olmaz”. Əgər bir hadisə baş verərsə, İcra Hakimiyyəti məsuliyyət daşıyacaq. Vətəndaş isə yaşayacağını deyir. Belə olan halda vətəndaş sənədə qol çəkir və notarius da təsdiq edir ki, o öz təhlükəsizliyinə özü cavabdehdir”.
Maraqlıdır ki, İcra Hakimiyyəti sakinlərin evdə yaşamaq istəmələri ilə bağlı notariusdan təsdiq edilmiş razılıq alsa da, onların qaz və işğını kəsir. Bunu Xanoğlan Allahverdiyev də təsdiq etdi.
İcra Hakimiyyətinin nümayəndəsi siyahıya alınan 120 evin əksəriyyətinin sənədsiz olduğunu dedi.
Belə olan halda vətəndaşların sənədsiz torpaqlarda və sürüşmə zonasında ev tikməsi ağlagələn ilk sualdır. X.Allahverdiyev ərazinin nə zamandan sürüşmə zonası olmasını öyrənmək üçün bizə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməyi məsləhət gördü. İcra nümayəndəsi əminliklə qeyd etdi ki, 2010-cu ildən bugünədək ərazidə heç bir tikinti işi aparılmayıb.
Lakin sakinlər bildirdilər ki, ərazidə tikinti işləri gedir. Yeni tikilər də bunu sübut edir.

Faciənin qarşısını almaq olar…

Qeyd edək ki, Zığ qəsəbəsində baş verən sürüşmə nəticəsində 500-dək ev zərər çəkib. Qəzalı vəziyyətdə olan 10 ev köçürülüb. İndi isə 52 ailə köçürülür.
Bir müddət əvvəl də Ekologiya və Təbii Sərvətlər Nazirliyi sürüşmənin aktivləşdiyini açıqlamışdı.
Əgər qeyd edilən ərazi yaşayış üçün təhlükəlidirsə, müvafiq qurumlar niyə buna göz yumur? Ən azı 5 ildən çoxdur ki, Nazirlər Kabinetinə müraciət edən sakinlər kömək gözləyirlər. Lakin onlara konkret olaraq, heç bir köməklik göstərilmir.
Ümid edək ki, bu gözlə görünən faciənin qarşısı zamanında alınacaq. Xatırladaq ki, bir neçə ay əvvəl Bakıda dəhşətli faciə baş vermişdi. Bakı sakinlərinin çoxsaylı şikayətlərinə, müxtəlif mətbuat orqanlarında yayımlanan xəbərlərə baxmayaraq təhlükə mənbəyi olan penaplastlar binalardan sökülmədi. Penaplastın real təhlükə mənbəyi olduğu açıq-aydın görünürdü. Ancaq müvafiq qurumlar vaxtında tədbir görmədilər.
Xətai rayonu ərazisində 9 mərtəbəli binada baş verən birinci yanğın təhlükənin artıq yaxınlaşdığını göstərirdi. İkinci yanğın hadisəsi isə faciə ilə nəticələndi.
Mayın 19-da Binəqədi rayonunun Azadlıq prospektində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 15 nəfər öldü, 50-dən çox insan xəsarət aldı və ya zəhərləndi.
Bu hadisələri ona görə xatırlatdıq ki, baş verə biləcək faciənin qarşısını əvvəlcədən almağın mümkün olduğuna diqqət çəkək.
İlkin Muradov,
Musavat.com,
Fotolar müəllifindir.

Previous Post

Bakıda növbəti faciə yaşana bilər: Zığ sakinlərinə “ölüm kağızı”na qol çəkdirirlər – REPORTAJ, FOTOLAR

Next Post

Daha bir jurnalist açıq-aşkar ölümlə hədələndi – FOTOFAKT

Bənzər yazılar

Naxçıvanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Naxçıvanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

12 Avqust 2026 - 16:35

Əsrarəngiz təbiəti, qədim dövlətçilik ənənələri və zəngin tarixi ilə seçilən Azərbaycan torpağı Naxçıvana Prezident İlham Əliyevin və birinci xanım Mehriban...

Ermənistan Kəlbəcər istiqamətində yeni yol çəkir

Ermənistan Kəlbəcər istiqamətində yeni yol çəkir

12 Avqust 2026 - 14:28

Ermənistanda dövlət büdcəsinin vəsaiti hesabına Kəlbəcərlə sərhədə yaxın ərazidən keçən M-10 avtomobil yolunun 9 kilometrlik hissəsinin yenidən qurulmasına başlanılıb. Elchi.az...

4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı

4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı

12 Avqust 2026 - 13:14

Naxçıvan, Şərur, Culfa və Ordubad şəhərlərində 45 istilik qazanxanasının əsaslı təmiri üçün müvafiq şəhər (rayon) icra hakimiyyətlərinə 9 milyon manat...

Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir

Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir

11 Avqust 2026 - 14:52

İşğaldan azad edilmiş Ağdam şəhərində yeni ictimai və istirahət məkanlarının yaradılması istiqamətində layihələr həyata keçirilir. Elchi.az-ın məlumatına görə, şəhərdə inşa...

Next Post

Daha bir jurnalist açıq-aşkar ölümlə hədələndi - FOTOFAKT

Daha bir jurnalist açıq-aşkar ölümlə hədələndi - FOTOFAKT

Son xəbərlər

Lökbatanda dənizdə batan iki qadının meyiti tapıldı

Mingəçevirdə Kür çayında 21 yaşlı gənc batıb – VİDEO

12 Avqust 2026 - 19:23
“Qarabağ”ın bəlli bir sistemi var – Kostyuk

“Qarabağ”ın bəlli bir sistemi var – Kostyuk

12 Avqust 2026 - 19:06
Suqovuşanda mina partladı – Xəsarət alan var

Xocavənddə buldozer minaya düşüb, xəsarət alanlar var

12 Avqust 2026 - 18:55
Bakıda oğurluq edən şəxslər saxlanıldı

Yasamalda oğurluq edən şəxslər saxlanılıblar

12 Avqust 2026 - 18:31
“Starlink” qalmaqalı: Polşadan Maska sərt reaksiya

“Starlink” qalmaqalı: Polşadan Maska sərt reaksiya

12 Avqust 2026 - 18:23
“DOST Müfəttiş” layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb

“DOST Müfəttiş” layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb

12 Avqust 2026 - 18:15
Bakıda 16 istiqamətdə sıxlıq var

Bakıda 16 istiqamətdə sıxlıq var

12 Avqust 2026 - 18:00
Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadıldı

Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadıldı

12 Avqust 2026 - 17:49
Kolumbiyada şiddətli zəlzələdən sonra üçgünlük matəm elan edilib

Kolumbiyada şiddətli zəlzələdən sonra üçgünlük matəm elan edilib

12 Avqust 2026 - 17:37
Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb

Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb

12 Avqust 2026 - 17:30
Bəzi yerlərə yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

Bəzi yerlərə yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

12 Avqust 2026 - 17:21
Pakistan Qırmızı dənizdə dəniz koalisiyasına kömək etməyə hazırdır

Pakistan Qırmızı dənizdə dəniz koalisiyasına kömək etməyə hazırdır

12 Avqust 2026 - 17:14
“Əvvəl bilik, sonra birlik” – Erkən nikahlara qarşı yeni kampaniya…

“Əvvəl bilik, sonra birlik” – Erkən nikahlara qarşı yeni kampaniya…

12 Avqust 2026 - 17:09
Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb

Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb

12 Avqust 2026 - 17:06
Litva Baş naziri HHM xərclərinin artırılmasını vacib sayır

Litva Baş naziri HHM xərclərinin artırılmasını vacib sayır

12 Avqust 2026 - 16:55
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.