"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Bakıda maşın sürmək rahatlaşacaq – FOTO

07 Oktyabr 2015 - 13:15
in XƏBƏR LENTİ
FacebookVatsap

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxtda maşınların hərəkətinin rahatlaşdırılması üçün təkliflər hazırlayıb.

Bunu da oxuyun

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub

FHN əhalini əlverişsiz hava şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb

Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq NİİM-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəriŞəfa Mehmanqızı məlumat verib.

Onun sözlərinə görə, paytaxtın yol-nəqliyyat sistemindəki bəzi problemlərin aradan qaldırılmasını nəzərdə tutan təkliflər Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-yə, DİN-in Dövlət Yol Polisi İdarəsinə və bəzi müddəalar üzrə də Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) təqdim edilib.

Təkliflər paketinə əsasən, Bakı şəhərinin inzibati ərazisi daxilində bir sıra küçə və prospektlərdə yol-nəqliyyat sisteminin dəyişdirilməsi nəzərdə tutulur.

Məsələn, paytaxtın Mətbuat prospekti ilə Abbas Mirzə Şərifzadə küçəsinin kəsişməsi işıqforun üçfazalı rejimi ilə nizamlandığına və Mətbuat prospektində nəqliyyat vasitələrinin sayı çox olduğuna görə günün əsasən pik saatlarında tıxac yaranır. Aparılan müşahidələr nəticəsində məlum olub ki, Mətbuat prospekti ilə Badamdar istiqamətində, eləcə də 20 Yanvar dairəsi istiqamətində kəsişməyə daxil olan nəqliyyat vasitələrinin sayı səhər və axşam pik saatlarında həddindən artıq çox olur.

Araşdırmalardan sonra A.M.Şərifzadə küçəsinin Mətbuat prospekti ilə kəsişməyə yaxın hissəsində yerləşən avtobus dayanacağının işıqforun üçfazalı rejiminin iki fazasında Mətbuat prospekti istiqamətində sağa dönən nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratması müəyyənləşdirilib və avtobus dayanacağının yerinin dəyişdirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət olunub. Lakin adıçəkilən ərazidə dayanacağın yerinin hələ də dəyişdirilməməsi, kəsişməyə daxil olan nəqliyyat vasitələrinin hərəkətində ciddi maneə yaradır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Mətbuat prospekti ilə A.M.Şərifzadə küçəsinin kəsişməsində sıxlığın aradan qaldırılması məqsədilə bir sıra təkliflər hazırlanıb:

“Təklif edilir ki,  Mətbuat prospektindən sağa, A.M.Şərifzadə küçəsi istiqamətində “cib”in yaradılması, A.M.Şərifzadə küçəsindən A.Sultanova küçəsi istiqamətində düzünə və Qələbə dairəsi istiqamətində sola, Mətbuat prospektinə hərəkət edən nəqliyyat vasitələrini sağa (Mətbuat prospekti ilə Badamdar istiqamətinə) yönləndirərək 300 metr irəlidə (yük avtomobilləri istisna olmaqla) geriyə dönmə təşkil edərək dönməsini təmin etmək, Mətbuat prospektindən Qələbə dairəsi istiqamətində təklif olunan geriyə dönmədən istifadə edən nəqliyyat vasitələrinin hərəkətində maneə yaranmaması üçün yolun sağ tərəfində bir zolağın əlavə olunması, qeyd edilən kəsişmədə işıqforun üçfazalı idarəetmədən ikifazalı idarəetməyə keçirilərək vaxt planı ilə idarə edilməsi təklif edilir”.

NİİM rəsmisinin sözlərinə görə, ümumilikdə təkliflər paketində 9 məsələ yer alıb: “Onlardan biri də budur ki, Yusif  Səfərov küçəsində geriyə dönmənin daha səlis təşkil olunması məqsədilə genişləndirilmənin təşkil edilməsini təklif edirik.


Bundan başqa, Babək prospektində, yolötürücünün üstü ilə şəhər istiqamətinə hərəkət edən nəqliyyat vasitələri (Babək prospekti kənar yol və Bəkir Çobanzadə küçəsi istiqamətinə doğru hərəkət etmək istəyən nəqliyyat vasitələri) yolötürücünün sonuna kimi hərəkət edib, Babək prospektindən Mikayıl Əliyev küçəsi istiqamətinə yönəlməli olurlar ki, nəticədə Mikayıl Əliyev küçəsi ilə Babək prospektinin kəsişməsində tıxac və qəza halları baş verir. Ona görə də yolötürücünün alt hissəsində nəqliyyat vasitələrinin sağa dönməklə, sxemdə göstərildiyi qaydada Bəkir Çobanzadə küçəsinə çıxışının təşkil edilməsi və sağa doğru manevr edən nəqliyyat vasitələrinin sağdan gələn nəqliyyat vasitələrini aydın görə bilməsi məqsədilə yolun birləşmə hissəsində yol güzgüsü yerləşdirilməsi təklif edilir.

NİİM həmçinin  M.K.Atatürk prospekti ilə Akademik Həsən Əliyev küçəsinin kəsişməsində Akademik Həsən Əliyev küçəsi ilə hərəkət edən nəqliyyat vasitələrinin geriyə dönməsinin təşkili məqsədilə yolötürücünün üzərində geriyə dönmənin yaradılmasını təklif edir”.

Ş.Mehmanqızı əlavə edib ki, paytaxtın Nəsimi rayonu,  4-cü mkr dairəsində,  Cavadxan küçəsi və 20 Yanvar küçəsi istiqamətindən gələn nəqliyyat vasitələrinin bir qismi dairədən sola dönüb,  Hüseyn Seyidzadə küçəsinə doğru hərəkət edən zaman dairədəki nəqliyyat vasitələri ilə konflikt yaradır ki, bu da bir çox hallarda qəza hallarının yaranmasına səbəb olur. Qeyd olunanları nəzərə alaraq, Cavadxan və 20 Yanvar küçələri istiqamətindən dairəyə doğru hərəkət edib (sayının çox olmadığını nəzərə alsaq), sola dönmək istəyən nəqliyyat vasitələrinin dairədən sola dönməsini qadağan edib, irəlidən, Cavadxan küçəsindən, geriyə dönməsinin təşkil edilməsi təklif edilir.

Həmçinin, Xətai prospekti ilə Heydər Əliyev prospekti istiqamətinə doğru hərəkət edən nəqliyyat vasitələrinin qeyd olunan prospektlərin birləşmə hissəsində isə geriyə dönmə əməliyyatını yerinə yetirməsi üçün heç bir şərait yoxdur. Xətai prospekti ilə hərəkət edib əks istiqamətə dönmək istəyən nəqliyyat vasitələri ya Babək prospektindən, ya da Yusif Səfərov küçəsindən istifadə etməli olurlar ki, nəticədə xeyli məsafə qət edirlər. Bunu nəzərə alaraq, Xətai prospekti ilə H.Əliyev prospektinin birləşmə hissəsində, yolötürücünün altında, nəqliyyat vasitələrinin geriyə dönməsinin sxemdə göstərildiyi qaydada təşkil edilməsi təklif edilir.

Eləcə də, şəhərin “Statistika” dairəsində nəqliyyat vasitələrinin sərbəst hərəkət etməsi üçün müəyyən araşdırmalar aparılıb. Araşdırmaların nəticəsi olaraq, NİİM A.Mirzəyev küçəsindən Statistika dairəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin dairəyə daxil olmasının yeni adacığın yaradılması ilə tam məhdudlaşdırılmasını məqsədəmüvafiq sayır. Eləcə də, B.Bağırova küçəsinin girişində quraşdırılmış birtərəfli hərəkət nişanını nəzərə alaraq, girişdə hazırlanmış heç bir əhəmiyyət kəsb etməyən adacığı götürüb yeni adacıq yaratmaqla nəqliyyat vasitələrinin B.Bağırova küçəsindən İnşaatçılar prospektinə daxil olmasını tam məhdudlaşdıraraq hərəkətin təşkil olunması təklif edilir.

Bundan əlavə, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nazim İsmayılov küçəsi ilə İnşaatçılar küçəsinin kəsişməsi nizamlanmayan yolayrıcı hesab olunduğundan, nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranır ki, bu da bəzi hallarda yol-nəqliyyat hadisələrinin baş verməsi ilə nəticələnir. Mərkəzin araşdırmaları əsasında qeyd olunan yol kəsişməsində yol hərəkətinin təhlükəsiz təşkil edilməsi və yarana biləcək qəza vəziyyətlərinin qarşısının alınması məqsədilə İnşaatçılar küçəsində Nazim İsmayılov küçəsinə doğru hərəkət istiqamətində (2.1) “Baş yol üstünlük” nişanı, Məmmədhəsən Hacınski küçəsində Nazim İsmayılov küçəsinə doğru hərəkət istiqamətində (2.5) “Dayanmadan keçmək qadağandır” üstünlük nişanı, Nazim İsmayılov küçəsində isə İnşaatçılar küçəsinə doğru hərəkət istiqamətində (2.1) “Baş yol üstünlük” nişanı və (7.13) “Baş yolun istiqaməti” əlavə məlumat nişanının quraşdırılmasını təklif edir.

Ş.Mehmanqızı bildirib ki, Bakı şəhəri ərazisində yerləşən bir çox yanacaqdoldurma məntəqələri (YDM) və digər obyektlərdən, nəqliyyat vasitələrinin giriş-çıxış hissələrinin kənarları iti bucaq formasında olduğu üçün avtomobillər giriş və çıxış etdikləri zaman geniş manevr edirlər ki, bu da yolun iki hərəkət zolağından birinin anidən tutulmasına, eləcə də hərəkətdə olan və arxadan gələn digər nəqliyyat vasitələrinin sərbəst hərəkət etməsinə maneə yaradır:

“Nümunə üçün, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində, hər iki kənar köməkçi yolda “Azpetrol” YDM-də və eləcə də “ASAN” Xidmət Mərkəzinin binasının qarşısındakı avtobus marşrutlarının dayanacağı üçün salınmış cibdə analoji hal yaşandığından, yol-nəqliyyat hadisəsinin baş verməməsi və tıxac hallarının yaranmaması üçün NİİM tərəfindən əraziyə baxış keçirilib, yolun hərəkət hissəsinin ölçüləri və qeyd olunan istiqamətlərdən istifadə edən nəqliyyat vasitələrinin sayı əsas götürülüb. Heydər Əliyev prospekti, sağ kənar köməkçi yol, şəhərin mərkəzi istiqamətində, “Azpetrol” YDM-dən çıxış üçün salınmış yolun eni 10,5 metr, yolun hərəkət hissəsinin eni isə 7,2 metr, hərəkətdə olan ortalama nəqliyyat vasitələrinin sayı 41941 avt/gün təşkil edir. Qarşı tərəf isə Heydər Əliyev prospekti, sağ kənar köməkçi yol, “Koroğlu” metro stansiyası istiqamətində “Azpetrol” YDM-dən çıxış üçün salınmış yolun eni 8 metr, yolun hərəkət hissəsinin eni isə 14 metr, hərəkətdə olan ortalama nəqliyyat vasitələrinin sayı isə 35325 avt/gün təşkil edir. Yuxarıda qeyd edilənlərə və tərəfimizdən aparılan araşdırmalara uyğun olaraq, Bakı şəhəri ərazisində yerləşən bir çox YDM-dən və digər obyektlərdən, eləcə də Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospektində, hər iki kənar köməkçi yolda yerləşən “Azpetrol” YDM və “ASAN” Xidmət mərkəzinin binasının qarşısındakı avtobus marşrutlarının dayanacağı üçün salınmış cibdən giriş-çıxış üçün yolun kənarlarının ovalşəkilli edilməsi təklif edilir”.

NİİM-in şöbə müdirinin fikrincə, əgər təklif qəbul edilərək reallaşsa, paytaxtda avtomobil sürmək əməlli-başlı rahatlaşacaq.

İlkin İzzət

Previous Post

Bakıda maşın sürmək rahatlaşacaq – FOTO

Next Post

İcra başçısının adına çıxılan “Rolls Royce”nin əsl sahibi kimdir? – ARAŞDIRMA+Foto

Bənzər yazılar

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub

06 Sentyabr 2026 - 10:30

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib. Bu barədə Elchi.az - a Məktəbəqədər...

FHN əhalini əlverişsiz hava şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb

FHN əhalini əlverişsiz hava şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb

06 Sentyabr 2026 - 10:29

Fövqəladə Hallar Nazirliyi (FHN) əlverişsiz hava şəraiti ilə əlaqədar əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Bu barədə Elchi.az - a...

Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib

06 Sentyabr 2026 - 10:27

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Esvatini Krallığının müstəqillik gününü təbrik edib. Elchi.az xəbər verir ki, XİN bununla bağlı sosial şəbəkə...

Ermənistandan gələn məhsullara rüsumu ləğv etdilər

Ermənistandan gələn məhsullara rüsumu ləğv etdilər

04 Sentyabr 2026 - 15:42

Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsi (INTA) Ermənistandan Avropa İttifaqına idxal olunan geniş çeşiddə məhsullara gömrük rüsumlarının müvəqqəti ləğv edilməsini təsdiqləyib....

Next Post

İcra başçısının adına çıxılan “Rolls Royce”nin əsl sahibi kimdir? - ARAŞDIRMA+Foto

İcra başçısının adına çıxılan “Rolls Royce”nin əsl sahibi kimdir? - ARAŞDIRMA+Foto

Son xəbərlər

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub

06 Sentyabr 2026 - 10:30
FHN əhalini əlverişsiz hava şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb

FHN əhalini əlverişsiz hava şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb

06 Sentyabr 2026 - 10:29
Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib

06 Sentyabr 2026 - 10:27
Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?

Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?

05 Sentyabr 2026 - 18:51
Aİ: Hörmüz boğazında təhlükəsizlik üçün əlavə tədbirlər görməyə hazırıq

Aİ: Hörmüz boğazında təhlükəsizlik üçün əlavə tədbirlər görməyə hazırıq

05 Sentyabr 2026 - 18:03
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb

Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb

05 Sentyabr 2026 - 17:30
MİQ imtahanlarına sərf olunan vəsait açıqlanıb

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı

05 Sentyabr 2026 - 16:59
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib

Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib

05 Sentyabr 2026 - 16:39
Putin qisas əmri verdi: Rusiya gəmiləri ələ keçirmə cəhdlərinə cavab verəcək

Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib

05 Sentyabr 2026 - 16:24
Bakıda və bölgələrdə külək güclənəcək

Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək – XƏBƏRDARLIQ

05 Sentyabr 2026 - 15:57
Trampın nümayəndələri Moskvaya gəlib – YENİLƏNİB – FOTO

Trampın nümayəndələri Moskvaya gəlib – YENİLƏNİB – FOTO

05 Sentyabr 2026 - 15:11
Rusiya Donetskdə bir kəndi ələ keçirib

Rusiya Donetskdə bir kəndi ələ keçirib

05 Sentyabr 2026 - 14:43
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb

Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb

05 Sentyabr 2026 - 14:16
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

05 Sentyabr 2026 - 13:59
Uitkoff və Kuşner Moskvadadır

Uitkoff və Kuşner Moskvadadır

05 Sentyabr 2026 - 13:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.