Bakıda körpünün vəziyyəti vətəndaşları qorxuya saldı – AÇIQLAMA + VİDEO

64

Bakıda 3-cü mikrorayon dairəsindəki körpünün aşırım hissəsində aralanma müşahidə edilir.

Elchi.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, proses bir müddətdir ki, davam edir.

Sürücülər artıq həmin körpüdən qorxa-qorxa keçdiklərini deyirlər.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məsələyə aydınlıq gətirib.

O deyib ki, sözügedən körpüdə problem yoxdur. Sürücülər rahat şəkildə körpüdən istifadə edə bilərlər.

Daha ətraflı Baku TV-nin süjetində: