Bu gün Bakıda Ağır Cinayətlər Məhkəməsində İŞİD terrorçularına hökm oxunub. Qrupun üzvlərindən Ruslan Mustafayev 14 il, Tariyel Mustafayev, Namiq Məmmədov, Elvin Əliyev, Tural Həsənov və Fərid Muradov isə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Virtualaz.org yazıb ki, prosesdə ən maraqlı ifadəni 1988-ci il təvəllüdlü Tariyel Mustafayev verib.
O, ifadəsində il yarımdır bədəninə 500 yaşı olan Aişə adlı cinin girdiyini, bu cini çıxarmaq üçün Suriyaya getdiyini, orada müalicə olunduğunu göstərib. O, iş üzrə təqsirləndirilən şəxslərin heç birini tanımadığını, onlarla heç bir əlaqəsinin olmadığını deyib.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər “İraq və Şam İslam Dövləti” (İŞİD) adlı cinayətkar birliyin tərkibinə daxil olan Suriya Ərəb Respublikası ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində dini düşmənçilik zəminində iştirak ediblər. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 228.1, 12.1, 279.1-ci, 123, 214.2 və 28-ci maddələri ilə təqsirli biliniblər.
– See more at: http://axar.az/news/54036#sthash.woy1eQOp.dpuf