“Hal-hazırda İpoteka limiti mövcud qiymətlərə uzlaşmır. Bu da vətəndaşlara güzəştli şərtlərlə mənzil almaq istəyəndə ilkin ödənişlə bağlı bir sıra çətinliklər yaradır”-bu sözləri Elchi.az-a açıqlamasında Əmlakçı Mülkədar Rüstəmov deyib.
O eyni zamanda mənzillərin qiymətinin artmağını ipoteka fondunun nəzərə almalı və limiti artırmalı olduğunu da vurğulayıb.
“Bakı şəhərində hal-hazırda sovet dövründən qalma binalara təlabat daha çoxdur bu isə müxtəlif səbəblərə görədir.Qonş ölkədə baş vermiş zəlzələylə əlaqədar olaraq Bakı şəhərindəki yeni tikililərə də güvənsizlik yaranır. 2 müxtəlif ərazidə 5 mərtəbəli, Xuruşov, Fransız, kimi layihəli binalar söküntü planına düşdüyündən daha çox müştərilər o binalara yatırım edib. Mənzil
alıb, gələcək söküntüdən sona əlavə daha böyük kv sahə əldə edir və yeni binada daha müasir tələblərə cavab verən mənzil əldə etmiş olurlar. Mən isə bir əmlakçı olaraq bildirirəm ki, Bakı şəhərində kifayət qədər yeni tikili binalar var.
Bizim tikinti şirkətlərimizin inşa etdikləri binalar Türkiyədə inşa olunan binalardan daha keyfiyyətlidir. Əlbəttə də ki, Bakı
şəhərində də tikintisinə şübhə doğuran yeni tikili Mtk-lar var.
Lakin bunu hər kəsə şamil etmək böyük haqsızlıqdır”.
Havar Şəfiyeva