Bakının Nərimanov rayonunda təcili tibbi yardım avtomobili piyadanı vurub.
Elchi.az xəbər verir ki, çağırışa gedən təcili tibbi yardım avtomobili hərəkətdə olarkən yolu keçən 2001-ci il təvəllüdlü İsa Elçin oğlu Mikayılovu vurub. Yaralı avtomobildə olan briqadanın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sağ ayağının əzilmiş və genişhəcmli cırılmış yaraları diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Bakıda 36 kiloqram narkotik vasitə aşkarlandı
Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən E.Eminov saxlanılıb. Bu barədə...






















Son şərhlər