Bu gecə saat 02:00-dan 04:00-a qədər Mərdəkan-Zağulba avtomobil yolunun 8-ci km-də avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq (yol bağlanmır).
Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, hərəkətin məhdudlaşdırılması yolun həmin hissəsində yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədardır.
XƏBƏRDARLIQ: Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, noyabrın 9-da Abşeron yarımadasında küləkli və yağıntılı hava şəraiti gözlənilir...





















Son şərhlər