Oktyabrın 7-si, saat 08:00-dan oktyabrın 9-u saat 24:00-a qədər Bakının Yasamal rayonunda, Xarici Dairəvi avtomobil yolunun yan yolunda (Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti avtomobil yolunun sözügedən hissəsində qismən məhdudlaşdırılacaq.
Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
“Sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, – deyə Agentlik bəyan edib.
Bakıda Musa Əliyev küçəsinin bir hissəsi təmirə bağlanır
22 iyul tarixindən etibarən paytaxtın Nizami rayonu, Musa Əliyev küçəsinin bir hissəsində (Q.Qarayev pr-dən 8-ci km bazarınadək) təmir işlərinə başlanılacaq....






















Bu məlumatı paylaşdığınız üçün təşəkkürlər. Bakıda bu günlərdə yol işlərinin olacağını bilirdim, ancaq bu qədər ətraflı məlumatım yox idi. Sürücülərin diqqətli olmalıı vacibdir, əsas yollarda belə şeylər olur.
Yaxşı olar ki, bu təmir işləri vaxtında görülsün, yollarımız yaxşı vəziyyətdə olsun. Sürücülər də diqqətli olsalar, heç bir problem olmaz. Düzgün qərar verilib.