Nəsimi rayonu, Zərifə Əliyeva göz kıinikası ilə üzbəüz çoxmərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində güclü partlayış baş verib.
Elchi.az xəbər verir ki, hadisə qaz sızması nəticəsində baş verib.
Hadisə nəticəsində bir nəfər ölüb.
Hadisə zamanı yoldan keçən ortayaşlı bir kişi isə partlayış nəticsində xəsarət alıb.
Belə ki, partlayış güclü olduğuna görə, evdəki əşyalar 18-ci mərtəbədən yerə tökülüb. Bu zaman soyuducu aşağıda yoldan keçən bir şəxsin qarın hissəsinə girib. Ona ilkin tibbi yardım göstərilib.
Hazırda əraziyə xeyli polis əməkdaşları, yanğınsöndürən maşınlar cəlb olunub.