EN RU

Bakıda bayram yarmarkaları fəaliyyətə başladı

>

Bakıda Novruz bayramı ilə bağlı yarmarkalar üçün quraşdırlan çadırlar fəaliyyətə başlayıb.

Bunu da oxuyun

Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyəti Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib. Onun sözlərinə görə, metro stansiyalarının qarşısında quraşdırılan yarmarka çadırlarında satışlara start verilib: “Artıq 10 yarmarka çadırı quraşdırılıb. Hazırda həmin yarmarkalarda bayram məhsullarının satışı başlanıb”.

Ə.Bağırov bildirib ki, yarmarka çadırları metronun “Elmlər Akademiyası”, “İnşaatçılar”, “28 May”, “Nəriman Nərimanov” və “Neftçilər” stansiyalarının qarşısında qurulub: “Ehtiyac olacağı təqdirdə bayram ərəfəsində çadırların sayı artırılacaq”.

Qeyd edək ki, bayram çadırlarında məhsulların satış qiymətləri bazar qiymətindən ucuz olacaq.

Elchi.az

Bənzər yazılar

Next Post

Son xəbərlər

WP2Social Auto Publish Powered By : XYZScripts.com