Bakının ayrı-ayrı yerlərində, küçə və prospektlərində Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib.
Elchi.az xəbər verir ki, əllərində Azərbaycan bayraqlarını tutmuş minlərlə insan küçələrə axışaraq “Qarabağ”, “Qarabağa azadlıq” şüarlarını səsləndiriblər.
Əsasən gənclərin iştirak etdiyi aksiyada habelə hərbçilərə dəstək nümayiş etdirilib, şəhidlərin xatirəsi ehtiramla yad olunub. Aksiya Şəhidlər Xiyabanına yürüşlə davam edib.
Qeyd edək ki, aksiya respublikamızın digər şəhər və rayonlarında da təşkil olunub.
Miqrasiyanın qorxulu üzü! tənha uşaqlar
Dünyanı bürüyən müharibələr milyonlarla insanı didərgin salır. Məcburi köçün ən ağır yükünü uşaqlar daşıyır. Beynəlxalq təşkilatlar öz hesabatlarında müşayiət olunmayan...