Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 19-da Bakı şəhər sakini Alim Əhmədovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş Bayram Orucov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Füzuli rayonunun Qoçəhmədli kəndini bərpa edəcək. Elchi.az xəbər verir ki, bunu Fondun prezidenti Aktotı...