Bakıda 44 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb, araşdırma aparılır.
Bu barədə Elchi.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Belə ki, iyulun 26-ı saat 17 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbə sakini 1979-cu il təvəllüdlü Asəf Nəsrullayev yaşadığı evin yaxınlığında elektrik naqilini təmir edərkən cərəyan vurması nəticəsində ölüb.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Şirvan şəhərində yerləşən inşaat materiallarının satışı mağazalarının birindən 18327 manat və 800 ABŞ dolları oğurlanması barədə polisə məlumat daxil olub....





















Son şərhlər