Bakıda 2 yaşlı körpəni oğurlamaqda təqsirli bilinən Gültəkin Muradovaya hökm oxunub və o, 2 il müddətinə azadlıqdan məhrum edilib.
Elchi.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
İttihama görə, hadisə 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində qeydə alınıb.
Belə ki, Beyləqan rayon sakini G.Muradova 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyevi oğurlayıb.
2022-ci ilin yanvarın 8-də Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində M.Şıxəliyev tapılıb və G.Muradova həbs edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham elan olunub.
Daha sonra 2 yaşlı uşağın atası da istintaqa cəlb edilib.
Türkiyənin Van şəhərində güclü zəlzələ baş verib
Türkiyənin Van şəhərində 4,3 maqnitudalı zəlzələ qeydə alınıb. Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi...





















Son şərhlər