Gürcüstan Ermənistanla Azərbaycan arasında münaqişənin həllində vasitəçilik etməyə hazırdır.
Elchi.az xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri rəhbəri İlya Darçiaşvili deyib.
“Gürcüstan hər zaman cənub qonşularımıza sülhün möhkəmləndirilməsi istiqamətində dialoq yarada biləcək ölkə kimi kömək etməyə hazır olub. Bu prosesdə vasitəçi kimi biz hər zaman hazırıq. Gürcüstanın bununla bağlı heç bir ilkin şərti yoxdur. Tiflisin əsas məqsədi regionda sülh və sabitlikdir”, – Darçiaşvili bildirib.
Vaşinqtonda Azərbaycan və Türkiyə səfirləri görüşüblər
Türkiyənin Vaşinqtona yeni təyin olunmuş səfiri Sedat Önal azərbaycanlı həmkarı Xəzər İbrahimlə görüşü baş tutub. Elchi.az xəbər verir ki, bu...