"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Bakı və Brüssel anlaşma ərəfəsində – prezidentin kritik Avropa səfəri

06 Fevral 2017 - 09:19
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

Messi və Ronaldu Karlos Tevesin vida matçında eyni komandada meydana çıxacaqlar

İran BAEA yoxlamaları üçün ABŞ hücumlarının dayandırılmasını tələb edib

 Bakı və Brüssel anlaşma ərəfəsində – prezidentin kritik Avropa səfəriAzərbaycan Qərbə “yumşaq inteqrasiya” xəttini seçir; Gürcüstana viza rejiminin ləğvinin ardınca Avropa Birliyi Azərbaycana diqqəti artırıb; ikitərəfli münasibətlərdə daha yüksək mərhələyə keçid sürətlənir; Bakı və Tiflisin Rusiya təsirindən daha da uzaqlaşması Kremlin Güney Qafqaz siyasətini sərtləşdirə bilər…

 
Gürcüstan Avropa Birliyi (AB) ilə viza rejiminin ləğvi qərarını bayram edir. Gürcü xalqının buna tam haqqı çatır. Çünki illərdir Avropaya inteqrasiya yolunda çəkdiyi əziyyət artıq bəhrəsini verməkdədir. AB  ilə əlaqələrin dərinləşməsi isə Qərbin ən qüdrətli hərbi-siyasi bloku olan NATO-ya üzvlük qapılarının açılması deməkdir. Öz növbəsində NATO-ya üzvlük Gürcüstanın ən etibarlı təhlükəsizlik sisteminə qoşulması, Rusiya təhdidlərinə qarşı real zəmanət alması anlamı verəcək. Gürcülərin sevinci əslində daha çox bununla bağlıdır. 
Əlbəttə ki, AB-nin hədəfi təkcə Gürcüstan deyil, həm də Cənubi Qafqazın digər iki ölkəsi – regionun iqtisadi ağırlıq mərkəzi sayılan Azərbaycan və təəssüf ki, həm də Ermənistandır. Lakin işğalçı ölkənin Rusiyanın etibarlı satelliti olması, onun Avrasiya Birliyi, Gömrük İttifaqı və KTMT-də təmsil olunması istər-istəməz İrəvanın Avropaya yaxınlaşmasını indiki halda, mümkünsüz edir – hərçənd Ermənistan Kremlin yanında öz dəyərini qaldırmaq üçün ara-sıra Brüsselə (AB, NATO-ya) reveranslar etməyi xoşlayır. Qalır “bloklara qoşulmayan” Azərbaycan.
*****
Bu arada Azərbaycan prezidenti İlham Əliyevin Avropa Birliyi ilə yeni tərəfdaşlıq münasibətlərinə dair sazişin şərtlərini müzakirə etmək üçün Brüsselə gedəcəyi xəbəri yayılıb (Prezident artıq Brüsseldədir-red.). Qərb mənbələrinin məlumatına görə, ölkə başçısı bu həftənin əvvəli, daha dəqiqi, bazar ertəsi, yəni bu gün Brüsseldə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerlə görüşəcək. 
Görüşdə AB ilə Azərbaycan arasında yeni tərəfdaşlıq münasibətlərinə dair sazişin şərtlərinin müzakirəsi gözlənilir. Avropa Komissiyasının xarici məsələlər üzrə Xidmətinin direktoru Tomas Meyr-Hartinq bununla bağlı bildirib ki, ötən həftə təşkilatın iki yüksək rütbəli rəsmisi Bakıda İlham Əliyevlə görüşərək ikitərəfli münasibətləri müzakirə edib. Meyr-Hartinq Azərbaycanı “mühüm tərəfdaş” adlandırıb.
Image result for European Union
Yada salaq ki, bir müddət öncə Azərbaycan AB ilə “Şərq Tərəfdaşlığı” layihəsi çərçivəsində assosiasiya sazişindən imtina eləsə də, Brüsselə qarşılıqlı maraqlara əsaslanan üstün tərəfdaşlıq razılaşmasının imzalanmasını təklif edib. Əvvəllər rəsmi Brüssel bu variantla razı olmasa da, daha sonra Azərbaycanla ikitərəfli tərəfdaşlıq sazişinə dair danışıqlara başlamağa razılaşıb.
Image result for Tomas Meyr-Harting
 
Beləliklə, qarşılıqlı əlaqələrin inkişaflında mövcud şərtlər fonunda ən mümkün variant seçilib. Bu, o deməkdir ki, Azərbaycan-AB əlaqələri qonşu Gürcüstan səviyyəsində olmasa belə, hər halda dinamikdir və indikindən daha konkret, daha yüksək, daha etibarlı fazaya keçə bilər. Belə demək mümkünsə, Bakı Avropaya “yumşaq inteqrasiya” xətti seçib ki, bu “yumşaqlıq” da görünür, ilk növbədə Rusiyanı güclü qıcıqlandırmamaq məramından irəli gəlir.  
*****
Image result for Kreml
Ancaq iki “Qarabağ problemi” olan və Rusiyanın birbaşa hərbi təcavüzü ilə üzləşən Gürcüstan nümunəsi göstərdi ki, Bakının xofuna ciddi əsas yoxdur. Əksinə, təcrübə deyir ki, Moskvadan çəkindikcə, o, özündən zəiflərin üstünə daha arxayın şəkildə gəlir, onları saya salmır. Ayrı sözlə, söhbət Azərbaycan üçün yeni və güclü təhlükəsizlik sistemi qazanmaqdan gedir. Çünki Rusiya ilə son 23 illik “dost-tərəfdaşlıq” siyasəti köklü problemlərimizin, o sırada Qarabağ məsələsinin həllinə yardımçı olmadı.
Image result for Gürcüstan vizasız
Müxtəsəri, milli maraqlarımız diktə edir ki, Azərbaycan AB-yə doğru daha qətiyyətli addımlar atsın. Yerli siyasi təhlilçilər də bu yöndə nikbindir. Məsələn, politoloq Elxan Şahinoğluna görə, Azərbaycanın da Gürcüstan kimi şansı var ki, yaxın illərdə AB ilə öz arasında məsafəni xeyli dərəcədə qısaltsın: “Keçən həftə Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Kristian Danielsonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdi. Avropalı rəsmi prezident İlham Əliyevlə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşdülər. Bu görüşlər zamanı Azərbaycan və Avropa Birliyi arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və gələcək inkişaf istiqamətləri, Azərbaycanın ”Şərq Tərəfdaşlığı” proqramında iştirakına dair ətraflı fikir mübadiləsi aparıldı. Hazırda ən vacib məsələ Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair sazişin hazırlanmasıdır”, – deyə ekspert qeyd edib.
Image result for Gürcüstan vizasız
Onun sözlərinə görə, hər iki tərəfdən nümayəndə heyətləri artıq formalaşıb və yaxın müddətdə danışıqlar başlanacaq: “Bu sənəd imzalansa və tərəflər üzərinə götürdükləri öhdəlikləri yerinə yetirsələr, Avropa İttifaqı Azərbaycan vətəndaşlarına tətbiq etdiyi vizanı ortadan qaldıra bilər. Ancaq bunun üçün Azərbaycan hələ uzun yol keçməlidir. Hələliksə Azərbaycan vətəndaşlarının gürcülərə yaxşı mənada paxıllıqları tutacaq. Çünki gürcülər maneəsiz Avropa ölkələrinə səfərlər edəcək, müqavilələrə bağlayacaq, təhsil alacaqlar, Azərbaycan vətəndaşları isə əvvəlki tək alçaldıcı şəraitdə Avropaya getmək üçün səfirliklərin quyruqlarında dayanacaq, müxtəlif sənədlər hazırlamaq məcburiyyətində qalacaqlar”.
Bəs Gürcüstana qarşı Avropa İttifaqının viza rejimini ləğv etməsi, bu ölkənin Qərbə daha da yaxınlaşması, eyni zamanda  Azərbaycanın “yumşaq inteqrasiya” xətti Rusiyanı qəzəbləndirə bilərmi?
Image result for Elxan Şahinoğlu
E.Şahinoğlu deyir ki, bu kimi gəlişmələr, Rusiya hakimiyyətini şəksiz ki, narahat edəcək: “Çünki digər ölkələr də Gürcüstan kimi Avropa İttifaqı ilə yaxınlığa can atacaqlar. Məsələn, bu xüsusda Azərbaycanda və Ermənistanda diskussiyalar artacaq. Ermənistan və Azərbaycan vətəndaşları Rusiyaya maneəsiz gedib-gələ bilirlər. Rusiyadan daha çox inkişaf etmiş Avropaya isə sərbəst gediş-gəliş imkanları yoxdur. 3 il öncə Ukrayna vətəndaşları Avropa İttifaqı ilə yaxınlaşmaq istəyi ilə meydanlara çıxdı və hakimiyyəti devirdilər. Buna cavab olaraq da Rusiya Ukraynanı parçaladı. İndi də Rusiya əlindən gələni edəcək ki, Gürcüstanı cəzalandırsın. Onsuz da Rusiya Abxaziya və Cənubi Osetiyanı ilhaq etməklə Gürcüstanı parçalayıb. İndi isə çalışacaq ki, Gürcüstan mallarının Rusiyaya daxil olmasını məhdudlaşdırsın”.
*****
Amma, necə deyərlər, “Canavardan qorxan gərək meşəyə getməsin”. Və yaxud “Qorxan gözə çöp düşər”, deyib müdriklər. Qorxu isə doğru-düzgün siyasi qərarlara mane olan faktorlardan sayılır – üstəlik, elə bir zamanda ki, Moskva onsuz da Azərbaycana ən böyük pisliyini edib… 
Previous Post

Bakı və Brüssel anlaşma ərəfəsində – prezidentin kritik Avropa səfəri

Next Post

Bu gün hava yağmursuz olacaq

Bənzər yazılar

İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

07 Sentyabr 2026 - 23:17

İrlandiya vətəndaşlıq almaq üçün ölkədə yaşama müddətini beş ildən səkkiz ilə artırmaq niyyətindədir. Elchi.az xəbər verir ki, bu barədə "Irish...

Messi və Ronaldu Karlos Tevesin vida matçında eyni komandada meydana çıxacaqlar

Messi və Ronaldu Karlos Tevesin vida matçında eyni komandada meydana çıxacaqlar

07 Sentyabr 2026 - 23:14

ABŞ-nin "İnter Mayami" klubunun argentinalı futbolçusu Lionel Messi və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasında çıxış edən Kriştianu Ronaldu karyerasını başa vuran...

İran BAEA yoxlamaları üçün ABŞ hücumlarının dayandırılmasını tələb edib

İran BAEA yoxlamaları üçün ABŞ hücumlarının dayandırılmasını tələb edib

07 Sentyabr 2026 - 23:07

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossinin bu ölkənin nüvə obyektlərində yoxlama aparılması ilə bağlı çağırışına cavab verib...

Boliviyada hərbi obyektdə partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb

Boliviyada hərbi obyektdə partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb

07 Sentyabr 2026 - 21:43

Boliviyanın Viaça şəhərində hərbi texnikaya xidmət mərkəzinin ərazisində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. Elchi.az "Unitel"ə istinadən...

Next Post

Bu gün hava yağmursuz olacaq

Lapşin məsələsi yekunlaşır - bu gün Azərbaycana verilir

Son xəbərlər

Türkiyədə ağır qəza olub, ölən və yaralananlar var

Türkiyədə ağır qəza olub, ölən və yaralananlar var

07 Sentyabr 2026 - 23:43
“Oasis”in səsyazma arxivi 2,2 milyon dollara hərraca çıxarılıb

“Oasis”in səsyazma arxivi 2,2 milyon dollara hərraca çıxarılıb

07 Sentyabr 2026 - 23:42
İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

07 Sentyabr 2026 - 23:17
Messi və Ronaldu Karlos Tevesin vida matçında eyni komandada meydana çıxacaqlar

Messi və Ronaldu Karlos Tevesin vida matçında eyni komandada meydana çıxacaqlar

07 Sentyabr 2026 - 23:14
ABŞ Kubaya 178 milyard dollar zərər vurub

ABŞ Kubaya 178 milyard dollar zərər vurub

07 Sentyabr 2026 - 23:12
Zelenski: ABŞ bu qış Rusiya ilə Ukrayna arasında danışıqları bərpa etmək istəyir

Zelenski: ABŞ bu qış Rusiya ilə Ukrayna arasında danışıqları bərpa etmək istəyir

07 Sentyabr 2026 - 23:09
İran BAEA yoxlamaları üçün ABŞ hücumlarının dayandırılmasını tələb edib

İran BAEA yoxlamaları üçün ABŞ hücumlarının dayandırılmasını tələb edib

07 Sentyabr 2026 - 23:07
Boliviyada hərbi obyektdə partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb

Boliviyada hərbi obyektdə partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb

07 Sentyabr 2026 - 21:43
Gürcüstan və Qazaxıstan Orta Dəhlizdə yük dövriyyəsinin artırılmasını müzakirə edib

Gürcüstan və Qazaxıstan Orta Dəhlizdə yük dövriyyəsinin artırılmasını müzakirə edib

07 Sentyabr 2026 - 21:42
“Formula 1″in keçmiş rəhbəri Berni Ekklstounun baqajında ov tüfəngi aşkarlanıb

“Formula 1″in keçmiş rəhbəri Berni Ekklstounun baqajında ov tüfəngi aşkarlanıb

07 Sentyabr 2026 - 21:40
“Neftçi” nigeriyalı hücumçu Adeleke Akinyemini transfer edib

“Neftçi” nigeriyalı hücumçu Adeleke Akinyemini transfer edib

07 Sentyabr 2026 - 20:30
Ərdoğan: Hörmüzdəki düyün açılmadıqca neft qiymətləri hər kəsi çətinliyə salacaq

Ərdoğan: Hörmüzdəki düyün açılmadıqca neft qiymətləri hər kəsi çətinliyə salacaq

07 Sentyabr 2026 - 20:16
Türkiyədə iki tondan çox narkotik ələ keçirilib, 424 nəfər saxlanılıb

Türkiyədə iki tondan çox narkotik ələ keçirilib, 424 nəfər saxlanılıb

07 Sentyabr 2026 - 20:14
Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb

Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb

07 Sentyabr 2026 - 20:11
“Azneft” İB-nin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

“Azneft” İB-nin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

07 Sentyabr 2026 - 20:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.