Bakı-Quba yolunda mikroavtobusla TIR toqquşub, 6 nəfər ölüb.
Bu barədə Elchi.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə Bakı-Quba yolunun 98-ci km-də, Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mersedes-Vita” markalı mikroavtobusla TIR toqquşub.
Mikroavtobusun sürücüsü də daxil olmaqla 6 nəfər həlak olub, TIR sürücüsü isə xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.
Bakı-Quba yolunda mikroavtobusla TIR-ın toqquşması nəticəsində xəsarət alan şəxs ölüb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, hadisə zamanı xəsarət alan TIR-ın sürücüsü 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlunun həyatını xilas etmək mümkün olmayıb.