Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Elchi.az-a verilən mlumata görə, hadisə yolun Siyəzən rayonu ərazisində baş verib .
“Mersedes Vita” markalı 77-CY-723 dövlət nömrə nişanlı avtomobil Quba istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqmətdə hərəkətdə olan “Opel” markalı 50-DL-063 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Hadisə nəticəsində “Mersedes”də olan sərnişinlərdən 2 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Faktla bağlı araşdırma aparılır.
Yardımlıda açıq ərazidə yanğın baş verib
Yardımlı rayonu, Eçara kəndində açıq ərazidə yanğın baş verib. Bu barədə Elchi.az - a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib....






















Son şərhlər