Bu gün Bakı-Qazax yolunda sərnişin avtobusu yük maşını ilə toqquşub, xəsarət alanlar var.
Bu barədə Elchi.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Hadisə saat 17:30 radələrində Bakı-Qazax yolununun 114-cü km-də hadisəsi qeydə alınıb.
Belə ki, “Mersedes Benz” markalı 90-BL-403 dövlət nömrə nişanlı sərnişin avtobusu Bakı istiqamətinə hərəkət edərkən köməkçi yoldan əsas yola çıxan 10-ZH-449 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub
Hadisə nəticəsində bir nəfər sərnişin yüngül xəsarət alıb. Ölən və ağır xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Hadisə yerinə dərhal DYP əməkdaşları cəlb edilib.
Həmin yolda nəqliyyatın hərəkəti tənzimlənib.
Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub
Bakıda qətl hadisəsi baş verib. Elchi.az-ın xəbərinə görə, hadisə Nizami rayonu ərazisində yerləşən məktəbin yaxınlığında baş verib. Məlumata görə,...





















Son şərhlər