Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun göstərişi ilə “Gənclik” metrosu yaxınlığındakı Atatürk parkında yerləşən bütün restoranlar, ticarət və ictimai-iaşə obyektləri sökülür.
Elchi.az unikal.org-a istinadən xəbər verir ki,adıçəkilən ərazidə söküləcək obyektlər arasında sabiq millət vəkili Fərhad Qəribovun “Büllur” restoranı da var.