"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Bakı mağazalarında ərzaq qıtlığı hökm sürür – FOTO

26 Aprel 2017 - 16:47
in CƏMİYYƏT
FacebookVatsap

Bakı mağazalarında ərzaq qıtlığı hökm sürür

Bunu da oxuyun

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Sabah yağış yağacaq

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

Bakının topdansatış və pərakəndə ərzaq mağazalarında Rusiya istehsalı olan məhsulların qıtlığı yaşanır. Buna səbəb Dağıstanda ötən ayın sonlarından etibarən TIR sürücülərinin “Platon sistemi”inə etiraz olaraq başlatdıqları tətillərdir.

Elchi.az virtualaz.org-a istinadən xəbər verir ki, Azərbaycandan qonşu ölkəyə və geriyə yük daşıyan TIR-ların Dağıstandan hərəkətinin çətinləşməsi Rusiya ilə Azərbaycan arasında ərzaq, kənd təsərrüfatı məhsullarının idxal və ixracında ciddi problemlər yaradıb. Nəticədə ölkəni Rusiya, Ukrayna və Belarus ərzaq məhsulları, gündəlik tələbat malları ilə təmin edən firmaların çoxu fəaliyyətlərini dayandırıblar.

Son günlər Şimali Qafqazda TIR sürücülərinin, yükdaşıma şirkətlərinin tətilləri dayandırdığı haqda xəbərlər var. Dağıstanda isə TIR sürücülərinin tətili hazırda qismən səngisə də, davam etməkdədir. Xəbərlərə görə Azərbaycan dövlət nömrə nişanlı TIR-lar polis maşınlarının müşaiyəti ilə Dağıstan ərazisindən hərəkət edir. Lakin belə görünür ki, sürücülərin bir çoxu dağıstanlı sürücülərin hücumuna məruz qalmamaq üçün səfərlərini dayandırıb. Çünki Bakının topdansatış və parakəndə ərzaq mağazalarında Rusiya mallarının qıtlığı açıq-aşkar müşahidə olunmaqdadır.

Nəsimi rayonu, Əlisgəndər İsgəndərov küçəsində yerləşən bir neçə ərzaq mağazasının satıcısı ilə söhbətləşdik. Satıcılar deyirlər ki, xarici məhsullar, demək olar ki, tamamilə sıradan çıxıb. Onların yerini yerli məhsullar tutub. Satıcısı Məmmədəli Novruzovun sözlərinə görə, Dağıstandan ərzaq məhsulu gətirənlər daha çox fərdi şəxslərdir.

“Bütün xarici məhsullar qıtlaşıb, demək olar ki, tamamilə gəlmir. Rusiya, Ukrayna istehsalı olan kolbasa və sosiskalar əvvəl az da olsa gəlirdi, özü də yaxşı satılırdı. Amma indi bunlar konkret olaraq gəlmir. Rusiyadan hazırda çox az da olsa, smetan, mayonez, düyü ala bilirik, amma o da əvvəlki kimi deyil. Bütün növ yağlar, istər duru yağ, istər marqarin, istərsə də kərə yağı ixracı kəskin azalıb”, – satıcı bildirir.

Xətai rayonu, Həsən Salmani küçəsində yerləşən ərzaq mağazasının satıcısı Xalid Məmmədov da ən çox tələbat olan Rusiya istehsalı qənnadı məhsullarının satışdan yığışdığını təsdiqləyir: “Kimsə Dağıstana gedəndə oradan 3-5 kq konfet və ya bir qutu yağ gətirir. Mağazalarda tanışı varsa, ona ötürüb satdırır. Yəni əvvəlki kimi anbarda istənilən qədər məhsul yoxdur, çox azdır. Biz özümüz də pis vəziyyətdə qalmışıq, alıcıların hamısı keyfiyyətinə görə Rusiya istehsalı olan konfet axtarırlar”, – deyə satıcı bildirir.

Metronun “28 May” stansiyasının yaxınlığında yerləşən topdansatış mağazalarında da eyni vəziyyətlə qarşılaşdıq. Satıcılar bildirirlər ki, Dağıstanda baş verən tətillər bəzi firmaları müflis edib. Bu səbəbdən də hələ ki, anbarda qalan malları satırlar. Davamı gəlmədiyindən topdansatış mağazalarında da xarici məhsulları yerli məhsullar əvəzləyir. Satıcı Şərif Əliyevin sözlərinə görə, ən tapılmayan məhsul yağdır.

“Satışda çox az Ukrayna və Belarus yağları var. Mağazaların vitrinlərində, ümumiyyətlə, xarici məhsullar yığışıb. Ancaq “Azərsun”, “Veysəloğlu”, “Vestgold” və digər yerli şirkətlərə məxsus məhsulları görə bilərsiniz. Deyirlər rus ərzaqları bahalaşdırıblar, hanı, heç var ki, bahalaşsın da?”, deyə satıcı sual edir.

Virtualaz.org bu mövzuya ötən buraxılışlarından birində toxunmuşdu və “28 May” metro sansiyasının yaxınlığında yerləşən topdansatış mağazalarının satıcıları Rusiyadan məhsul gətirilməsi dayandığı üçün anbarlarda da ərzaqların tükəndiyini demişdilər. Görünən odur ki, bu problem hələ də qalır, Bakıda açıq-aşkar Rusiya və digər xarici ölkələrdən gətirilən ərzaq mallarının qıtlığı yaşanır.

Qeyd edək ki, Dağıstanda TIR sürücüləri martın 27-dən bəri “Platon sistemi”inə etiraz olaraq tətil keçirirlər. Dağıstanlı sürücülər Azərbaycan dövlət nömrə nişanlı TIR-ların da sürücülərini zorla öz aksiyalarına cəlb etməyə çalışdıqlarına görə, onların hərəkətini əngəlləyib, hücuma məruz qoyub, hətta maşınlarını yandırıb və özlərinə atəş açıblar. Bu zaman sürücülərdən döyülənlər və maşınları yandırılanlar da olub. Sürücülərin sözlərinə görə, etirazçılar onları hədələyərək “darıxmayın, geri qayıdanda gününüzü görəcəksiniz” deyirlər.

Qaynar.Az

Previous Post

Bakı mağazalarında ərzaq qıtlığı hökm sürür – FOTO

Next Post

Daha bir ölkə uydurma “erməni soyqırımı”nı tanıdı

Bənzər yazılar

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

11 Oktyabr 2026 - 14:52

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb. Elchi.az-a daxil olan bəyanatda deyilir: “Son günlər İran və...

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

11 Oktyabr 2026 - 13:18

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə...

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

11 Oktyabr 2026 - 10:59

Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzinin təşkilatçılığı ilə Salyan şəhərində yerləşən, hazırda fəaliyyət göstərməyən istehsalat müəssisəsinin ərazisində "Dağıntı altında...

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb....

Next Post

Daha bir ölkə uydurma “erməni soyqırımı”nı tanıdı

Daha bir ölkə uydurma “erməni soyqırımı”nı tanıdı

Son xəbərlər

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 - 15:13
Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

11 Oktyabr 2026 - 14:52
Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

11 Oktyabr 2026 - 13:24
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

11 Oktyabr 2026 - 13:21
Sabah yağış yağacaq

Sabah yağış yağacaq

11 Oktyabr 2026 - 13:18
Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

11 Oktyabr 2026 - 11:15
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

11 Oktyabr 2026 - 11:11
Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

11 Oktyabr 2026 - 11:08
El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

11 Oktyabr 2026 - 11:03
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

11 Oktyabr 2026 - 10:59
Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.