"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Bakı məsələni belə həll etdi – Hamı qazandı

09 İyul 2026 - 19:11
in MANŞET
FacebookVatsap

“Azərbaycan diplomatiyasının gücü təkcə yüksək tribunalardan səslənən bəyanatlarda, sərt xəbərdarlıqlarda və açıq siyasi reaksiyalarda deyil. Bəzən ən böyük uğur məhz sükutun içində, səssiz diplomatiyanın arxa cəbhəsində, görünməyən, amma nəticə verən siyasi gedişlərdə qazanılır. İsraildə qondarma “erməni soyqırımı”nın tanınması təşəbbüsünün dondurulması da məhz belə uğurlardan biridir. Bu hadisə bir daha göstərdi ki, Prezident İlham Əliyevin illərdir yürütdüyü çoxvektorlu, balanslı, praqmatik və milli maraqlara söykənən xarici siyasət kursu real nəticələr verir, ən həssas geosiyasi düyünlərdə belə Azərbaycanın mövqeyini qorumağa, tərəfdaşlıqları saxlamağa və böhranı böyütmədən həll etməyə imkan yaradır”.

Bunu da oxuyun

Zelenski: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımayacaq

“Çoxsaylı sənədlərin qəbul olunması bu sahədə vəziyyəti yaxşıya doğru dəyişmir” – Qüdrət Həsənquliyev

Aİ Böyük Britaniyadan bunu TƏLƏB EDƏCƏK

Elchi.az xəbər verir ki bu fikirləri Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

Onun sözlərinə görə, Bakı bu məsələni elə həll etdi ki, nəticədə nə Türkiyə ilə qardaşlıq və müttəfiqlik xəttinə xələl gəldi, nə İsraillə strateji tərəfdaşlıq zədələndi, nə də regionda yeni qarşıdurma ocağı yarandı: “Əksinə, həm problem həll olundu, həm həssas münasibətlər qorundu, həm də Azərbaycan növbəti dəfə regional sabitləşdirici, məsuliyyətli və siyasi çəkisi olan aktor kimi özünü təsdiqlədi”.
Prezident İlham Əliyevin yürütdüyü siyasətin ən mühüm xüsusiyyətlərini qeyd edən deputat bildirib ki, rəsmi Bakı mürəkkəb beynəlxalq proseslərdə emosiyaya, hay-küyə və nümayişkaranə qarşıdurmaya deyil, nəticəyə işləyən siyasi xəttə üstünlük verir:

“Çox hallarda məsələni qabartmaq, onu sərt müstəviyə çıxarmaq, diplomatik qalmaqal yaratmaq daha asan görünə bilər. Amma böyük dövlət davranışı təkcə səs-küylə ölçülmür. Əsl siyasi peşəkarlıq problemi daha da dərinləşdirmədən, münasibətləri dağıtmadan, qarşı tərəfi itirmədən və eyni zamanda öz milli maraqlarını tam təmin etməklə nəticə əldə etməkdir. Məhz Bakının son addımı da bunu göstərdi.

İyunda İsrail Xarici İşlər Nazirliyində qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı müzakirələrin başlaması təkcə Türkiyə-İsrail münasibətlərindəki gərginliyin yeni epizodu deyildi. Bu, eyni zamanda Azərbaycan üçün də həssas və təhlükəli siyasi təşəbbüs idi. Çünki məsələ yalnız Türkiyəyə qarşı yönəlmiş növbəti təzyiq vasitəsi deyildi, bu, həm də dolayısı ilə isə Azərbaycanın strateji maraqlarına toxunan yeni siyasi presedent demək idi. Bakı bunu dərhal gördü, riskin miqyasını düzgün qiymətləndirdi və prosesə soyuqqanlı şəkildə müdaxilə etdi”.

Fəzail İbrahimli söyləyib ki, Azərbaycan bu məsələdə klassik diplomatik davranış modeli nümayiş etdirdi: “Rəsmi Bakı nə emosional ritorikaya üstünlük verdi, nə də prosesi açıq diplomatik qalmaqala çevirdi. Əksinə, Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi mövqeyini ortaya qoyaraq İsrail tərəfini təşəbbüsü yenidən nəzərdən keçirməyə çağırdı. Bununla paralel olaraq, Bakının arqumentləri diplomatik kanallarla israilli tərəfdaşlara sistemli şəkildə çatdırıldı.

Bu, əslində İlham Əliyev diplomatiyasının mahiyyətidir. Bakı qapıları çırpmır, körpüləri yandırmır, amma öz qırmızı xətlərini də açıq şəkildə göstərir. Azərbaycan dostluq etdiyi tərəfdaşlarla münasibətləri qorumağı bacarır, lakin eyni zamanda onlara aydın mesaj verir ki, milli maraqlarına toxunan məsələlərdə geri çəkilməyəcək. Bu dəfə də məhz belə oldu. Azərbaycan məsələni qarşıdurma predmetinə çevirmədən, amma prinsipiallıqdan da geri çəkilmədən öz mövqeyini qəbul etdirdi.

Bu, təkcə Türkiyəyə dəstək deyildi, həm də Azərbaycanın öz maraqlarının müdafiəsi idi”.
Milli Məclisin üzvü deyib ki, burada diqqətçəkən məqamlardan biri də Azərbaycanın irəli sürdüyü arqumentlər İsrail daxilində də rezonans doğurmasıdır: “Müxtəlif siyasi düşərgələrdə, ekspert çevrələrində və dövlət institutlarında təşəbbüsün yenidən nəzərdən keçirilməsini dəstəkləyən yanaşmaların formalaşması göstərdi ki, Bakı məsələyə emosional yox, siyasi cəhətdən əsaslandırılmış, strateji baxımdan məntiqli mövqe ilə yanaşıb. Nəticədə təşəbbüsün irəliləməsi dayandırıldı, proses faktiki olaraq donduruldu və məsələ hökumət-parlament səviyyəsində gündəmdən çıxarıldı.

Bu, təkcə diplomatik etirazın yox, düşünülmüş siyasi arqumentlərin qələbəsi idi. Bakı izah etdi, inandırdı, riskləri göstərdi, münasibətlərin həssas məqamlarını xatırlatdı və nəticədə öz mövqeyini qəbul etdirdi”.

Azərbaycanın “İsrailpərəst” olması barədə səslənən fikrilərə də mövqeyini açıqlayan deputat deyib ki, son illərdə bəzən Azərbaycanın İsraillə münasibətlərini manipulyasiya etməyə, Bakını guya birtərəfli xətt yürütməkdə ittiham etməyə çalışan çevrələr də olub. “Lakin bu hadisə həmin iddialara ən tutarlı cavablardan biridir. Azərbaycan bir daha göstərdi ki, onun xarici siyasətində əsas meyar hansısa ölkəyə simpatiya, emosional yaxınlıq və ya ideoloji meyl deyil. Əsas meyar milli maraqdır.

Bakı İsraillə strateji tərəfdaşlıq qura, təhlükəsizlik, enerji və texnologiya sahələrində əməkdaşlığı inkişaf etdirə bilər. Amma bu, heç vaxt Azərbaycanın və Türkiyənin fundamental maraqlarına zidd addımlara göz yummaq anlamına gəlmir. Əksinə, Azərbaycan sübut etdi ki, həqiqi tərəfdaşlıq münasibətləri yalnız qarşılıqlı hörmət, həssaslıqların nəzərə alınması və strateji etimad üzərində qurula bilər”, – o vurğulayıb.

Deputat diqqətə çatdırıb ki, bundan hamı qazandı və bu da, Bakının diplomatik ustalığıdır:
“Bu prosesin ən mühüm nəticəsi də elə budur. Bakı məsələni elə həll etdi ki, nəticədə hamı qazandı. Nəticədə region əlavə gərginlik ocağından qorundu.

Bu, sadəcə diplomatik manevr deyil, yüksək siyasi ustalıq nümunəsidir. Çünki bugünkü dünyanın sərt geosiyasi qarşıdurmalar fonunda tərəflərdən birini seçmək, digərini itirmək, münasibətləri qoparmaq çox asandır. Çətin olan isə fərqli baxışlara malik güclər arasında münasibətləri pozmadan, dostluğu, qardaşlığı, strateji tərəfdaşlığı və əməkdaşlığı eyni anda qorumaqdır. Azərbaycan məhz bunu etdi.

Bu isə o deməkdir ki, Bakı üçün diplomatiya sadəcə bəyanat vermək, etiraz bildirmək və ya mövqe açıqlamaq deyil. Diplomatiya milli maraqları sakit, soyuqqanlı, hesablanmış və nəticəyönümlü şəkildə təmin etmək sənətidir”.

Previous Post

Fransa XİN: Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiya paketini qəbul edəcək

Next Post

Samvel Karapetyanın ev dustaqlığı daha 2 ay uzadılıb

Bənzər yazılar

Zelenski: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımayacaq

Zelenski: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımayacaq

24 Oktyabr 2026 - 12:01

“Ukrayna Rusiya ilə sülh sazişi imzalamağa və hərbi əməliyyatları mövcud təmas xətti boyunca dayandırmağa hazırdır. Bununla belə, Kiyev müvəqqəti işğal...

“Çoxsaylı sənədlərin qəbul olunması bu sahədə vəziyyəti yaxşıya doğru dəyişmir” – Qüdrət Həsənquliyev

“Çoxsaylı sənədlərin qəbul olunması bu sahədə vəziyyəti yaxşıya doğru dəyişmir” – Qüdrət Həsənquliyev

23 Oktyabr 2026 - 16:09

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında "Aqrar sahə haqqında" Azərbaycan...

Aİ Böyük Britaniyadan bunu TƏLƏB EDƏCƏK

Aİ Böyük Britaniyadan bunu TƏLƏB EDƏCƏK

23 Oktyabr 2026 - 14:00

Avropa İttifaqı (Aİ) Böyük Britaniya, Kanada və Yaponiyanı 2027-ci ildə Ukraynaya maliyyə dəstəyini artırmağa inandırmaq niyyətindədir. Elchi.az xəbər verir ki,...

Trampdan İran açıqlaması: “Bəlkə bir az da irəli gedə bilərik”

Trampdan İran açıqlaması: “Bəlkə bir az da irəli gedə bilərik”

23 Oktyabr 2026 - 10:45

ABŞ Prezidenti Donald Tramp İrana bir çox cəhətdən ciddi ziyan vurduqlarını bildirərək, "Bir az daha irəli gedə bilərik" dedi. Elchi.az...

Next Post
Samvel Karapetyanın ev dustaqlığı daha 2 ay uzadılıb

Samvel Karapetyanın ev dustaqlığı daha 2 ay uzadılıb

Ağalıda əmək yarmarkasında 80-dən çox vakansiya təqdim edilib

Ağalıda əmək yarmarkasında 80-dən çox vakansiya təqdim edilib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb

Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb

24 Oktyabr 2026 - 12:16
Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

24 Oktyabr 2026 - 12:11
FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

24 Oktyabr 2026 - 12:08
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

24 Oktyabr 2026 - 12:07
Zelenski: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımayacaq

Zelenski: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımayacaq

24 Oktyabr 2026 - 12:01
Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

24 Oktyabr 2026 - 11:39
Bakıda kütləvi dava zamanı bir nəfər öldürülüb, 9 nəfər saxlanılıb – YENİLƏNİB

Bakıda kütləvi dava zamanı bir nəfər öldürülüb, 9 nəfər saxlanılıb – YENİLƏNİB

24 Oktyabr 2026 - 11:36
Hakan Çalhanoğlunun “İnter”də maaşı azala bilər

Hakan Çalhanoğlunun “İnter”də maaşı azala bilər

24 Oktyabr 2026 - 11:34
Filippində təlim təyyarələri qəza törədib, 4 nəfər ölüb

Filippində təlim təyyarələri qəza törədib, 4 nəfər ölüb

24 Oktyabr 2026 - 11:32
Kim Çen In yeni açılan körpü ilə Çinə səfər edib

Kim Çen In yeni açılan körpü ilə Çinə səfər edib

24 Oktyabr 2026 - 11:10
“Aİ4DOST Sosial Mükafatı 2026” müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib

“Aİ4DOST Sosial Mükafatı 2026” müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib

24 Oktyabr 2026 - 11:09
Ötən gün itkin düşmüş 5 nəfər tapılılb

Ötən gün itkin düşmüş 5 nəfər tapılılb

24 Oktyabr 2026 - 10:52
Bakıda və Abşeron yarımadasında 7 mm-dək yağıntı qeydə alınıb – FAKTİKİ HAVA

Bakıda və Abşeron yarımadasında 7 mm-dək yağıntı qeydə alınıb – FAKTİKİ HAVA

24 Oktyabr 2026 - 10:50
Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb

24 Oktyabr 2026 - 10:49
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24 Oktyabr 2026 - 10:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.