Bakı İstintaq Təcridxanasında seçicilərin 25 faizi səs verib

181
SHARES
318
VIEWS

>

Bunu da oxuyun

Prezident seçiləri ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeliyindəki Bakı İstintaq Təcridxanasında 28 saylı Sabunçu III seçki dairəsi üzrə 37 və 38 saylı seçki məntəqələrində səsvermə keçirilir.

“Report”un məlumatına görə, cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında təkcə məhbuslar deyil, eyni zamanda həmin qurumlarda xidmət aparan növbətçi əməkdaşlar və hərbi qulluqçular da səsvermədə iştirak edirlər.

37 saylı seçki məntəqəsinin sədri Aslan Mirzəyev deyib ki, hazırda seçicilərin 25 faizi səsvermə hüququndan istifadə edib: “Seçicilər çox fəal iştirak edirlər. Biz də öz tərəfimizdən seçkilərin şəffaf keçirilməsi üçün nə lazımdırsa, edirik. Səsvermə üçün Pentensiar Xidmətin rəhbərliyi tərəfindən müvaiq şərait yaradılıb”.

Qeyd edək ki, Penitensiar Xidmətin cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında 14 seçki dairəsi üzrə 26 seçki məntəqəsi fəaliyyət göstərir.

Bənzər yazılar

Next Post

Son xəbərlər