"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Bakı dünyanın 50 ən möhtəşəm şəhəri sırasında

28 Mart 2016 - 12:01
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Yuqoslaviyanın ilk boşnak müsəlman sədri 100 yaşında vəfat edib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib

“Şamaxinka”dan Biləcəriyə gedən yolun eniş hissəsi bağlanacaq

Britaniyada nəşr edilən, dünyanın ən böyük və möhtəşəm 50 şəhərindən bəhs edən “Skylines” kitabında Bakıya xüsusi yer verilib.

Nəşrin müəllifləri olan britaniyalı səyahət yazıçıları xanım Yolanda Zappaterra və Jan Fuscoe dünyada ən canlı, möhtəşəm, böyük, tanınmış, ən çox turist cəlb edən, memarlıq cəhətdən heyrətamiz 50 şəhəri seçərək, onlar haqqında məlumatları kitaba daxil ediblər.

Kitabın səhifələrində seçilmiş şəhərlərdən olan və oxucuda maraqlı təsəvvür silüeti yaradan ikonik binalar təsvir edilib. Bu təsvirlərin müəllifi məşhur britaniyalı illüstrator Jenny Seddondur.

Kitab “Aurum Press” nəşriyyatı tərəfindən Britaniyada nəşr edilib.

Kitabda Bakı şəhəri ilə yanaşı, London, Paris, İstanbul, Moskva, Nyu-York, Roma və s. şəhərlər yer alıb.

Kitabın Bakı haqqında olan hissəsi ümummilli lider Heydər Əliyevin “Azərbaycanda yüz illərdən bəri “Qara şəhər” adlanan şəhər ağaracaq, təmizlənəcək, burada gül-çiçək əkiləcək və o, Azərbaycanın gözəl bir guşəsinə çevriləcəkdir” sözləri ilə başlayır.

Daha sonra paytaxt Bakının VI əsrə qədərki tarixinə nəzər salınıb. Qeyd edilib ki, şəhər Abşeron yarımadasında, Xəzər dənizinin sahilində yerləşir. Bu ərazi qədim zamanlardan palçıq vulkanları ilə məşhur olub. “Azərbaycan” sözünün mənasına da toxunan müəlliflər ölkəmizin “Odlar Yurdu” adlandırıldığını diqqətə çatdırıblar.

Kitabda müasir Bakının gözəlliklərindən, arxitekturasından, tarixi abidələrindən və dünyada məşhurlaşan müasir tikililərindən bəhs edilib.

Paytaxtda İçərişəhər, Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi kimi UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil edilən möhtəşəm və qədim tarixi abidələr olduğu diqqətə çatdırılıb.

Sovet dövrü memarlıq abidələrinə toxunan müəlliflər Heydər Əliyev sarayı və Teleqüllə kompleksi haqqında məlumat veriblər.

Həmçinin diqqətə çatdırılıb ki, paytaxt Bakıda müstəqilliyimizin bərpasından sonra da yenidənqurma, quruculuq işləri və memarlıq abidələrinin tikintisi davam etdirilib. “Alov qüllələri” Bakı şəhərinin simvoluna çevrilib. Beynəlxalq Muğam Mərkəzinin Azərbaycan milli musiqi janrı olan muğamın dünyaya nümayiş etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb. 2014-cü ildə London Dizayn Muzeyinin “İlin dizaynı” mükafatına layiq görülən Heydər Əliyev Mərkəzi müasir dövrün dünya memarlıq abidələri sırasında xüsusi yer tutur.

Son dövrlərdə Bakı şəhərinin “Eurovision” mahnı müsabiqəsi, Avropa Oyunları kimi beynəlxalq əhəmiyyətli yarışlara ev sahibliyi etdiyi və bu il də “Formula-1” üzrə Avropa Qran-pri yarışını keçirəcəyi diqqətə çatdırılıb.

Kitabın Bakıdan bəhs edən fəslinin sonunda paytaxtın gözəlləşməsində, burada aparılan yenidənqurma və abadlıq işlərində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri xüsusi vurğulanıb. (Azərtac)

Previous Post

Bakı dünyanın 50 ən möhtəşəm şəhəri sırasında

Next Post

Erməni analitik: “Zaman Azərbaycanın xeyrinə işləyir”

Bənzər yazılar

Yuqoslaviyanın ilk boşnak müsəlman sədri 100 yaşında vəfat edib

Yuqoslaviyanın ilk boşnak müsəlman sədri 100 yaşında vəfat edib

02 Sentyabr 2026 - 22:04

Keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının (YSFR) Rəyasət Heyətinin 10-cu sədri Raif Dizdareviç 100 yaşında Sarayevoda vəfat edib. Elchi.az  xəbər verir...

Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib

02 Sentyabr 2026 - 22:02

Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib. Elchi.az  xəbər verir ki, bu barədə "Azərbaycan Televiziya...

“Şamaxinka”dan Biləcəriyə gedən yolun eniş hissəsi bağlanacaq

“Şamaxinka”dan Biləcəriyə gedən yolun eniş hissəsi bağlanacaq

02 Sentyabr 2026 - 21:52

Aparılacaq təmir işləri ilə əlaqədar Binəqədi rayonu, Moskva prospektinin kənar yolu (Biləcəri enişi hissəsi) nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq....

ABŞ-nin son hücumları nəticəsində İranda ölənlərin sayı açıqlanıb

ABŞ-nin son hücumları nəticəsində İranda ölənlərin sayı açıqlanıb

02 Sentyabr 2026 - 21:46

ABŞ-nin İranın Hörmüz boğazındakı mövqelərinə endirdiyi zərbələr nəticəsində 18 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Elchi.az  IRIB-yə istinadən xəbər verir...

Next Post

Erməni analitik: “Zaman Azərbaycanın xeyrinə işləyir”

Erməni analitik: “Zaman Azərbaycanın xeyrinə işləyir”

Son xəbərlər

Yuqoslaviyanın ilk boşnak müsəlman sədri 100 yaşında vəfat edib

Yuqoslaviyanın ilk boşnak müsəlman sədri 100 yaşında vəfat edib

02 Sentyabr 2026 - 22:04
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib

02 Sentyabr 2026 - 22:02
ABŞ ordusu Hörmüz boğazında bir gecədə 28 gəmini məhv edib

ABŞ ordusu Hörmüz boğazında bir gecədə 28 gəmini məhv edib

02 Sentyabr 2026 - 21:57
“Şamaxinka”dan Biləcəriyə gedən yolun eniş hissəsi bağlanacaq

“Şamaxinka”dan Biləcəriyə gedən yolun eniş hissəsi bağlanacaq

02 Sentyabr 2026 - 21:52
ABŞ-nin son hücumları nəticəsində İranda ölənlərin sayı açıqlanıb

ABŞ-nin son hücumları nəticəsində İranda ölənlərin sayı açıqlanıb

02 Sentyabr 2026 - 21:46
ABŞ İrana kömək edən ölkələrə qarşı sanksiya tətbiq edəcək

ABŞ İrana kömək edən ölkələrə qarşı sanksiya tətbiq edəcək

02 Sentyabr 2026 - 21:42
“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub

02 Sentyabr 2026 - 20:25
ABŞ-də Trampın təsviri olan dollar sikkələr buraxılıb

ABŞ-də Trampın təsviri olan dollar sikkələr buraxılıb

02 Sentyabr 2026 - 20:21
Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

02 Sentyabr 2026 - 20:16
Ermənistanda baş verən yol qəzasında 5 nəfər ölüb

Ermənistanda baş verən yol qəzasında 5 nəfər ölüb

02 Sentyabr 2026 - 20:07
ABŞ Prezidenti Hörmüz boğazını “Tramp boğazı” adlandırmaq istəyir

ABŞ Prezidenti Hörmüz boğazını “Tramp boğazı” adlandırmaq istəyir

02 Sentyabr 2026 - 20:05
KİV: ABŞ Konqresində respublikaçılar çoxluğu itirə bilər

KİV: ABŞ Konqresində respublikaçılar çoxluğu itirə bilər

02 Sentyabr 2026 - 19:29
“Neftçi” Kenan Piriçlə yollarını ayırıb

“Neftçi” Kenan Piriçlə yollarını ayırıb

02 Sentyabr 2026 - 19:12
Netanyahu Qəzzada hərbçilərə baş çəkib

Netanyahu Qəzzada hərbçilərə baş çəkib

02 Sentyabr 2026 - 19:00
Goranboyda iclas keçirildi – Sakinlər saat 18:30-dan etibarən evlərinə qaytarılır

Goranboyda iclas keçirildi – Sakinlər saat 18:30-dan etibarən evlərinə qaytarılır

02 Sentyabr 2026 - 18:52
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.