Bakı Bus MMC-nin sürücüsü 84 yaşlı piyadanı vuraraq hadisə yerindən qaçıb.
Elchi.az Report-a istinadən xəbər verir ki, hadisə noyabrın 9-da paytaxtın Yasamal rayonunda qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Məmişov Valeh Musa oğlu idarə etdiyi Bakı Bus MMC-yə məxsus “BMC” markalı 141 nömrəli marşurut avtobusu ilə hərəkətdə olarkən piyada yolu keçmək istəyən 1938-ci il təvəllüdlü Qesabulla İsgəndər oğlu Dadayevi vuraraq hadisə yerindən uzaqlaşıb. Nəticədə Q.Dadayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Fakta bağlı Yasamal Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci ( Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.
Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib
Yakutiyada məktəblərdən birinin şagirdi terror aktı təşkil etmək istəyib, bundan əvvəl o, təhsil müəssisəsinin binasında yanğın təşkil etmişdi. Elchi.az TASS-a...




















Son şərhlər