"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Bakı Bəyannaməsi imzalandı – TAM MƏTN

06 Sentyabr 2017 - 13:48
in SİYASƏT
FacebookVatsap

Bakı Bəyannaməsi imzalandı - TAM MƏTN

Bunu da oxuyun

Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşdü

Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə etdi

Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikasının xarici işlər nazirlərinin VI Üçtərəfli Görüşündə Bakı Bəyannaməsi qəbul edilib.

Elchi.az xəbər verir ki, bəyannamədə deyilir:

“6 sentyabr 2017-ci il tarixində Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarovun dəvəti, Gürcüstanın xarici işlər naziri cənab Mixeil Canelidze və Türkiyə Respublikasının xarici işlər naziri cənab Mevlüt Çavuşoğlunun iştirakı ilə üç dövlətin xarici işlər nazirlərinin VI Görüşü keçirilmişdir.

Nazirlər,

Siyasi dialoq və xüsusi üçtərəfli layihələrin yerinə yetirilməsi baxımından mühüm platforma kimi xarici işlər nazirlərinin öncəki Üçtərəfli Görüşlərində qəbul edilmiş Trabzon Bəyannaməsi, Batumi Birgə Komünikesi, Gəncə, Qars və Tbilisi Bəyanatlarına sadiqliklərini vurğuladılar;

Üç dövlət arasında ikitərəfli və üçtərəfli əməkdaşlığın yüksəlməsindən məmnunluq ifadə etdilər və strateji tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın daha da genişləndirilməsinə sadiqliklərini bir daha təsdiqlədilər;

Dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və qəti dəstəyi bir daha bəyan etdilər;

Regionda davam edən mövcud münaqişələrin sülh, sabitlik və iqtisadi inkişafa xələl gətirdiyi və beynəlxalq hüququn qeyd edilmiş prinsipləri əsasında siyasi həll tələb etdiyini vurğuladılar;

Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və ətraf bölgələrdə münaqişənin və Gürcüstanda münaqişənin ən qısa zamanda beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, həmçinin BMT, ATƏT və Avropa Şurasının müvafiq qətnamələri və qərarlarına uyğun olaraq həll edilməsinin labüdlüyünü bir daha bəyan etdilər;

İqtisadi artım və davamlı inkişaf yolu ilə üçtərəfli əməkdaşlığın, xüsusilə də üç ölkə xalqının rifahını təmin edəcək sahələrdə genişləndirilməsinin yeni yollarının üzə çıxarılması üçün öz dövlətlərinin niyyətlərini vurğuladılar;

İqtisadi və ticari əməkdaşlığın irəlilədilməsi, bununla da sərmayə qoyuluşu və ticarətin təşviqi baxımından faktiki potensialı qarşılamaq məqsədilə səylərin gücləndirilməsini qərara aldılar; və birgə layihə və proqramlar vasitəsilə enerji, nəqliyyat, telekommunikasiya, sənaye, ətraf-mühit, təhsil, elm, mədəniyyət, turizm və idman sahəsində əməkdaşlığı daha da gücləndirmək qərarına gəldilər;

Bu xüsusda, 17 fevral 2017-ci il tarixində üç dövlətin iqtisadiyyat nazirlərinin iştirakı ilə keçirilmiş Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumunun V Görüşünün əhəmiyyətini qeyd etdilər;

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində, Təşkilatın 25-ci ildönümü ilə bağlı 22 may 2017-ci ildə İstanbulda qəbul edilmiş Zirvə Görüşü Bəyannaməsinin ruhuna uyğun olaraq, əməkdaşlığın əhəmiyyətini vurğuladılar;

Enerji sahəsində strateji tərəfdaşlığı vurğuladılar və Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsi olan TANAP layihəsinə, həmçinin Xəzər hövzəsindən Avropaya karbohidrogen ehtiyatlarının nəqlinə yönəlmiş və Azərbaycan, Gürcüstan və Türkiyənin bu layihələrin uğurlu fəaliyyət göstərməsində roluna imkan yaradan enerji layihələrinə tam siyasi dəstəklərini bir daha bəyan etdilər. Enerji sahəsində dialoqun davam etdirilməsinə hazır olduqlarını və enerji mənbələrinin şaxələndirilməsində, həmçinin region daxilində və kənarda enerji daşımaları yollarının təhlükəsizliyi də daxil olmaqla, təchizat təhlükəsizliyinin gücləndirilməsində enerji layihələrinin əhəmiyyətini qeyd etdilər;

Tarixi İpək Yolunun dirçəldilməsi və qorunub-saxlanılması məqsədilə üçtərəfli əməkdaşlığın əhəmiyyətini qeyd etdilər və İpək Yolu boyunca nəqliyyat, enerji, ticarət, mədəniyyət və turizm və insanlararası təmaslar sahəsində əməkdaşlığın daha da genişləndirilməsini vurğuladılar;

Bu xüsusda, 28-29 noyabr 2017-ci il tarixində Tbilisidə keçiriləcək “Tbilisi Kəməri və Yolu Forumu”nda yüksək səviyyəli iştirakın əhəmiyyətini diqqətə çatdırdılar;

Strateji əhəmiyyətə malik irimiqyaslı nəqliyyat layihələrinin üç dövlətin iqtisadi inkişafı baxımından mənfəətli olacağına və Asiya və Avropa arasında rəqabətədavamlı daşımaları asanlaşdıracağına əminlik ifadə edərək, bu xüsusda, Bakı-Tbilisi-Qars dəmiryolunun ən qısa zamanda fəaliyyətə başlamasının xüsusi əhəmiyyətini vurğuladılar;

Ticarət və iqtisadi inkişaf üçün münbit şərait yaradılması, habelə beynəlxalq sərnişin və yük daşımalarının həcminin artırılmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikasının ərazisindən Şərq-Qərb/Orta Nəqliyyat Dəhlizinin tam reallaşdırılmasına xüsusi diqqəti bir daha təsdiq etdilər. Bu kontekstdə, bütün beynəlxalq və regional maliyyə təsisatlarını müvafiq nəqliyyat dəhlizləri və yollarının maliyyələşdirilməsinə tövfə verilməsinin təşviqi barəsində razılaşdılar;

Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Çindən Avropaya yük daşımalarının asanlaşdırılması və Asiya və Avropa arasında nəqliyyat əlaqələndirməsini artırmağa yönəlmiş Trans-Xəzər beynəlxalq Nəqliyyat Yolunun böyük inkişaf potensialına malik olduğunu vurğuladılar;

Regionda rəqəmsal bərabərsizliyin azaldılması/aradan qaldırılması məqsədilə üç dövlət arasında informasiya strukturlarının yaradılması və fəaliyyətə başlaması istiqamətində sıx və davamlı əməkdaşlığın əhəmiyyətini vurğuladılar və bu xüsusda, Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsinin, Magistralın Trans-Xəzər yolunun inkişaf etdirilməsi də daxil olmaqla, tezliklə reallaşdırılmasına töhfə verməyə dair sadiqliklərini bir daha bəyan etdilər;

Dəniz və su nəqaliyyatı kimi davamlı nəqliyyat vasitələrinin effektiv inteqrasiyası ilə nəqliyyat hərəkətinin təhlükəsizliyinin artırılması, ətraf-mühit, enerji səmərəliliyi və daha təhlükəsiz nəqliyyat fəaliyyətlərinə dair davamlı inkişaf məqsədlərinə nail olunması məqsədilə Xəzər regionunda intermodal nəqliyyat xidmətlərinin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğuladılar;

Regionda ekeloji tarazlığın saxlanılması məqsədilə ətraf-mühitin mühafizəsi, meşəçilik, torpaq resurslarının istifadəsi və su resurslarının idarəçiliyi sahəsində məlumat və təcrübə mübadiləsinin gücləndirilməsinin əhəmiyyətini qeyd etdilər;

Keçən dövr ərzində baş tutmuş üçtərəfli treyninq və təlimlər, yüksək səviyyəli görüşləri qeyd edərək, müdafiə sahəsində üçtərəfli əməkdaşlığın əhəmiyyətini vurğuladılar və gələcəkdə fəal əməkdaşlığın davam etdirilməsinə hazır olduqlarını bəyan etdilər;

Terrorçuluq, ekstremizm və separatçılığın bütün forma və təzahürlərinin, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələr və prekursorlar, qeyri-qanuni silah ticarəti, insan alveri, mədəni və tarixi irsə qarşı cinayətlər, kibercinayətlər və miqrant qaçaqmalçılığına qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinə sadiqliklərini bir daha bəyan etdilər;

Azərbaycan və Gürcüstan bir daha Türkiyədə 15 iyul 2017-ci il tarixli uğursuz çeviriliş cəhdi törədicilərinin fəaliyyətini qınadı və hər iki dövlət Türkiyə ilə sıx əməkdaşlığı qeyd etdi və Türkiyənin demokratik yolla seçilmiş prezident və hökumətinə qətiyyətli dəstəyi bir daha bəyan etdilər;

Etnik, irqi, dini və inanc zəminində olan dözümsüzlük və ayrı-seçkiliyin bütün formalarını qınayaraq və müxtəlif mədəniyyətlər, sivilizasiyalar və xalqlar arasında dözümlülük, hörmət, dialoq və əməkdaşlığın təşviq edilməsinin vacibliyini vurğulayaraq, 25-27 aprel 2017-ci il tarixində Bakı şəhərində keçirilmiş BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyətini qeyd etdilər;

2017-2019-cu illər üzrə Üçtərəfli Sahəvi Əməkdaşlığa dair Faəliyyət Planının qəbul edilməsinin vacibliyini qeyd etdilər və müvafiq Nazirliklər və Agentlikləri Faəliyyət Planının müddəalarının yerinə yetirilməsi istiqamətində səy göstərməyə təşviq etdilər;

Xalqlar arasında insanlararası təmasların daha da genişləndirilməsinə xidmət edəcək mədəniyyət, təhsil, səhiyyə, gənclərin mübadiləsi, turizm və idman sahəsi də daxil olmaqla, humanitar sahədə əməkdaşlığın əhəmiyyətini vurğuladılar və bu sahələrdə birgə layihə və tədbirlərin təşəbbüskarı olmağa və təşviqinə hazır olduqlarını ifadə etdilər;

Ümumi maraq kəsb edən regional və qlobal məsələlər ətrafında üçtərəfli dialoqun daha da intensivləşdirilməsi, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əlaqələndirmənin gücləndirilməsi istiqamətində qərarlıqlarını bir daha təsdiq etdilər;

Növbəti üçtərəfli görüşün Türkiyədə keçirilməsi ilə bağlı razılığa gəldilər.

Qoşma: 2017-2019-cu illər üzrə Üçtərəfli Sahəvi Əməkdaşlığa dair Faəliyyət Planı

Elmar Məmmədyarov
Azərbaycan Respublikasının xarici işlər naziri

Mixeil Canelidze
Gürcüstanın xarici işlər naziri

Mevlüt Çavuşoğlu
Türkiyə Republikasının xarici işlər naziri

Previous Post

Bakı Bəyannaməsi imzalandı – TAM MƏTN

Next Post

Gələn il prezidentlərin sammiti keçirilə bilər

Bənzər yazılar

Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

06 Oktyabr 2026 - 19:04

XX əsr bəşəriyyətə ideyaların dövlətlər üçün nə qədər böyük qurucu gücə malik olduğunu, eyni zamanda milyonlarla insanın həyatı üçün ölçüyəgəlməz...

Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşdü

Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşdü

06 Oktyabr 2026 - 18:58

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın ölkəmizə yeni təyin olunmuş səfiri Qiorqi Zakaraşvilini qəbul edib. Elchi.az xəbər...

Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə etdi

Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə etdi

06 Oktyabr 2026 - 18:41

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov İsrailin Bakıdakı səfiri Ronen Kraus ilə mina təhlükəsi ilə mübarizədə...

Baş nazir Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Baş nazir Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

06 Oktyabr 2026 - 18:33

Bu gün Azərbaycanın Baş naziri Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl Yəhya ilə görüşüb. Bu barədə Elchi.az-a...

Next Post

Gələn il prezidentlərin sammiti keçirilə bilər

Gələn il prezidentlərin sammiti keçirilə bilər

Son xəbərlər

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

06 Oktyabr 2026 - 23:41
Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

06 Oktyabr 2026 - 23:38
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

06 Oktyabr 2026 - 23:31
Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

06 Oktyabr 2026 - 23:29
Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

06 Oktyabr 2026 - 23:27
Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

06 Oktyabr 2026 - 23:09
FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

06 Oktyabr 2026 - 23:08
“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

06 Oktyabr 2026 - 21:08
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

06 Oktyabr 2026 - 21:07
EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

06 Oktyabr 2026 - 20:51
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

06 Oktyabr 2026 - 20:39
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr 2026 - 20:37
İndoneziyada yük maşını aşıb, ölənlər var

İndoneziyada yük maşını aşıb, ölənlər var

06 Oktyabr 2026 - 20:35
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

06 Oktyabr 2026 - 19:29
Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

06 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.