Bir neçə gündən sonra Azərbaycanın paytaxtında keçrilən möhtəşəm idman bayramı sona çatır. ANS PRESS-in məlumatına görə, yarışların bitməsinə iki gün qalsa da, Azərbaycan medal siyahısında 46 medalla ikinci yerdədir. Bu medaalardan 15-nin əyarı qızıldır.
I Avropa Oyunlarında qələbə qazanan idmançılara verilən medallar öz dizaynı ilə seçilir. Lakin bu idman bayramında ən çox diqqət çəkən məqamlardan biri də idmançılara medalla yanaşı verilən kiçik çanta olub. Çoxları bu çantanın nə məqsədlə hazırlandığı ilə maraqlanıblar. Bəziləri bunun medalın qabı, bəziləri isə hədiyyə oduğunu düşünürdü.
Lakin bu məsələyə bu gün ANS-in efirində “Günə Baxan” verilişində aydınlıq gəldi. Boks yarışlarında Azərbaycana ilk bürünc medalı qazandıran Tayfur Əliyev çantanı açaraq içindəkini göstərnmək üçün aparıcı Elgizə təqdim edib.
Nəticədə bəlli olub ki, çantada medal və onun qabı yerləşdirilib.
Boksçumuz oyun təssüratlarını da bölüşüb. O, bürünc medal qazanmasını isə belə əsaslandırıb:
“Mən yığma komandaya bu ildən qatılmışam. Heç mənim yaşım çatmırdı ki, I Avropa Oyunlarında iştirak edim. 1 ildir ki, komandadayam. Heç kim məndən medal gözləmirdi. Buna baxmayaraq yarışa ancaq qızıl medal üçün gəlmişdim. Amma təcrübəmin az olması burada özünü aydın şəkildə göstərdi. Rəqiblərim də çox güclü oldu. Onlar yaş baxımından da məndən böyük idilər. Mən fəxr edirəm ki, Azərbaycan boksçularından ilk bürünc medalı qazandım”.
İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin iqtisadiyyatını və bank sektorunu sərt beynəlxalq sanksiyaların tətbiq edilməsi ehtimalına qarşı hazırlamağa çağırıb. Elchi.az...
Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb. "Report"-ın məlumatına görə, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş...
Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə...
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkədə "Starlink" 161 km/saat sürətə çatdıqda əvvəlki kimi sönür. Elchi.az "RBK-Ukrayna"ya istinadən xəbər verir...
Son şərhlər