"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

“Bakı 2015: Birinci Avropa Oyunları” – İkitərəfli Qələbə Formulu Birinci Avropa Oyunları başladı

20 İyun 2015 - 15:59
in GÜNDƏM
FacebookVatsap

“Bakı 2015: Birinci Avropa Oyunları” – İkitərəfli Qələbə Formulu Birinci Avropa Oyunları başladı.

Bunu da oxuyun

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib – FOTO

Ankara-İrəvan yaxınlaşması nə vəd edir? – “Stratfor”

Bişkekdə 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Paytaxt Bakı möhtəşəm tədbirə layiqincə ev sahibliyi edir. Möhtəşəm aşılış baş tudu. Fəxri qonaqların – müxtəlif ölkələrin dövlət başçılarının, hökumət rəhbərlərinin iştirakı bu oyunların nəinki Avropa, elə dünya üçün də əhəmiyyətli olduğunu göstərdi.

Bütün iştirakçılar, qonaqlar, beynəlxalq və yerli ictimaiyyət Azərbaycan prezidenti İlham Əliyev və Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə hazırlıq işlərinin yüksək səviyyədə həyata keçirildiyini şahidi oldular. On minlərlə tamaşaçının, dünyanın siyasi liderlərinin, yerli və xarici vətəndaş cəmiyyəti təmsilçilərinin, media və QHT rəhbərlərinin, siyasi partiyaların, müxalifət partiyalarının liderlərinin iştirakı ilə baş tutan Birinci Avropa Oyunlarının açılış mərasimində yadda qalan və unudulmayacaq məqamlar mərasimin böyük zövqlə hazırlanmasının, icra olunmasının sübutudur.

Tamaşaçıların mərasimə qatılmasından, yaradılan kompozisiyalara, musiqi nömrələrinə qədər hər bir komponent öz-özlüyündə ölkəmizin tarixinə, ənənələrinə, mədəniyyətinə, ölkə başçısının və Təşkilat Komitəsinin sədrinin müasir zövqünə, Azərbaycana bağlığına, sevgisinə adekvat, möhtəşəm və sözlə ifadə olunmayacaq bir final yaşadıq. Bu oyunların daha bir əhəmiyyəti özünü onda göstərdi ki, Azərbaycanda dövlətin və xalqın birliyi təsdiqləndi. İndiyə qədər deyilənlər – dövlət və xalqın vəhdəti var, Azərbaycan xalqı öz hakimiyyətinə, prezidentinə inanır, etibar edir, onun uzaqgörən siyasətini dəstəkləyir fikri bütün dünya üçün bir daha öz təsdiqini tapdı. Prezidentin düzgün qərarı xalq tərəfindən tərəddüdsüz dəstəkləndi. Ölkə vətəndaşları bilirdi ki, Azərbaycan bu möhtəşəm tədbirə ev sahibliyi etməklə böyük bir uğura imza atır. Vətəndaşın gözlədiyi də, istədiyi də bu idi. Ölkənin vətəndaş cəmiyyəti sektorunun təmsilçiləri, millət vəkilləri, ictimai qurumlar, media bir təşkilat halında birləşib “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası yaradaraq, xalqın dəstəyini ifadə etdilər.

Bu gün hər kəs ölkə adına qazanılan bütün uğurlardan sonsuz fəxr duyur, Azərbaycanı daha çox tanıtmaq, dövlətimizin dünya dövlətləri arasında öz yerini tutmasını sevinclə qarşılayır. Birinci Avropa Oyunlarına ev sahibliyi etməklə, tarixdə xüsusi yeri olacaq bir uğura imza atıldı. Qazandıqlarımızı saymaqla bitməz. Uğurlarımızın bəzilərini nüfuzlu yerli və xarici mətbuat yazır və yazacaq, vətəndaş cəmiyyətinin təmsilçiləri deyir. Amma bunun görünən və görünməyən, deyilən və deyilməyən tərəfləri də var. Onlardan bir neçəsinin əhmiyyətindən danışsaq, Birinci Avropa Oyunlarının təkcə Azərbaycan üçün deyil, həm də Avropanın özü üçün nə qədər əhəmiyyətlidir.

Bu, Azərbaycanın uğur olduğu qədər də Avropanın uğurudur. Bu fərqli aspektlərdən biri də Birinci Avropa Oyunlarının bütün dünya üçün sülh mesajı olmasındadır. Oyunlara ev sahibliyi etməklə, Azərbaycan yerləşdiyi çoğrafi regionda, Avropada, dünyada sülhün tərəfdarı olduğunu sübut etdi. Ev sahibi olaraq, yarışlara qatılan 48 ölkə ilə bərabər torpaqlarımızı işğal edən Ermənistan idmançılarını da qeyd-şərtsiz qəbul etmək, düşmən ölkənin idmançılarının və nümayəndə heyətinin təhlükəsizliyinə tam təminat vermək, təkcə protokol qaydası kimi deyil, eyni zamanda ölkə prezidentinin və Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın dünyaya sülh mesajı kimi qəbul olunmalıdır. Azərbaycanın uğurları Birinci Avropa Oyunlarının təşkilatçısı olmaqla nəinki qədim Avropada, uzaq Amerikada, yaxın Asiyada, isti Afrikada belə müstəqilliyinin cəmi 24 yaşı olan Azərbaycanı hər kəs tanıdı və tanıyacaq. Oyunlarla bağlı keçirilən rəsmi təqdimat mərasimləri, ayrı-ayrı diaspor təşkilatlarının fəaliyyəti, media və vətəndaş cəmiyyəti institularının təşkil etdikləri turlar bu tanıtımda əhəmiyyəli rol oynadı. Son final isə oyunların rəsmi açılış mərasimi oldu. Hazırlıq və təqdimat mərhələləri, oyunların möhtəşəm açılış mərasimi Azərbaycanın təkcə neft-qaz ölkəsi olmadğı, böyük bir mədəniyyətə, incəsənətə, tarixə sahib olduğunu dünyaya çatdırdı. Bununla ölkəmizin müasirliyi, iqtidsadi potensialı, turizmin ən böyük düşərgələrindən biri olduğu haqqında məlumatlar dünyanın informasiya sistemində öz yerini tutdu. Müasir dünyanın ən böyük ideoloji silahı informasiya hesab olunur. Yeni medianın, sosial şəbəkələrin imkanlarından yararlanmaqla, qərəzli və ənənəvi informasiya blokadası dağılır və həqiqəti əks etdirən informasiya mənbələri formalaşır, dünyanın informasiya sisteminə daxil olur. Güclü informasiya siyasəti qura bilən dövlətlər və xalqlar siyasi, iqtisadi düzəndə öz yerini tutur, diqtə olunan dövlətdən diqtə edən dövlətə çevrilir. Dövlətin gücünün və imkanlarının dünyaya açılması hər zaman güclü və sərhədsiz informasiya sistemi hesabına əldə edilir. Ölkənin malik olduğu böyük uğurlar güclü və geniş əhatəli informasiya sisteminin qurulmasıyla dövlətin mövcud resurslarının beynəlxalq aləmdə qəbul edilməsinə və dünyanın siyasi düzənində söz sahibi olmasına xidmət edir.

Birinci Avropa Oyunlarının bizə yaratdığı ən böyük imkanlardan biri də informasiya siyasətimizin möhkəmlənməsi, dayanıqlı olması, ölkəmizin mədəni-tarixi, siyasi-iqtisadi resursları haqqında məlumatların daha geniş çevrəyə çatıdırılmasındadır. İnformasiya sisteminin genişlənməsinə torpaqlarımızın işğalının bizə yaratdığı problemlərin çözülməsində təkcə dövlətlərin, siyasi təşkilatarın, siyasətçilərin deyil, ictimai qurumların, elm, mədəniyyət, idman adamlarının dəstəyinin qazanılması kimi də baxmaq vacibdir. 1992-ci ilin fevralında Xocalıda baş verən soyqırımı illər öncə ölkəmizin sərhədləri xaricinə çıxara bilmirdik. Haqq səsimiz eşidilimirdi. Uzağı Türkiyəyə, yaxud qonşu MDB ölkələrinə qədər gedib çıxa bilirdik. Amma bu gün dünyanın əksər ölkələrində bu facidədən hər kəs xəbərdardır, ABŞ-da, Almaniyada, Fransada, Kanadada, Meksikada, Pakistanda da böyükmiqyaslı kütləvi tədbirlər, flaş-moblar təşkil olunur, dünyann 10-dan çox dövlətinin parlamentində Xocalı faciəsinin soyqırım olması ilə bağlı qərarlar qəbul edilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə başlanan “Xocalıya Ədalət” kampaniyası məhz informasiya siyasətimizin formalaşması, problemlərimizin dünya ictimaiyyətinə təkcə çatdırılması deyil, həm də dünya dövlətlərinin, beynəlxalq qurumların, ictimai təşkilatların, elm, mədəniyyət adamlarının bizimlə bir sırada dayanması idi.

Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə nail olduğumuz informasiya siyasətinin daha da möhkəmlənməsi üçün yeni bir imkan əldə edilib. Azərbaycan haqqında əsl həqiqətlərin, torpaqlarımızın işğalı, təcavüzkar Ermənistan və havadarları hqqında dünyaya yeni informasiya çatdırmaq üçün mənbələrimiz və imkanlarımız genişlənir. Hazırda biz bunu yaşayırırq. Oyunlara qatılan idmançıların, xarici qonaqların, turistlərin hesabına yeni informasiya imkanları qazanırıq. Digər mühüm uğur isə qələbə əzmidir və bunu xüsusi qeyd etmək yerinə düşər. Prezident İlham Əliyevin Atəşgah məbədindən alovlandırdığı Birinci Avropa Oyunlarının məşəli bütün ölkə boyu gəzdirildi. Naxçıvandan Qubaya, Qazaxdan Yardımlıya qədər. Ölkə əhalisi böyük coşqu və sevinclə, qürurla bu məşəli qarşıladı. Böyük bir bayram əhvalı yaşandı. Bu bayram əhvalı insanların ruhu dəyişdi, gələcək qələbələrə inam hissi elə məşəl kimi alovlandı. Etiraf etməliyik ki, müstəqilliyə qovuşduğumuz 91-ci ildən üzübəri təcavüzkar Ermənistanın işğaıçılığı, dünya dövlətlərinin ikili standartları hesabına itirilən torpaqlarımızın acısı içimizdəki bayram, qələbə əhvalını hər zaman kölgədə qoyurdu. Birinci Avropa Oyunlarının məşəli bütün ölkə boyu insanlara qələbə ruhu, inam, qələbə stimulu gətirdi. 24 illik müstəqillik tariximizdə bu qədər ruh, qələbəyə inam hissini müşahidə etmirdik. Prezidentin alovlandırdığı bu məşəl Azərbaycanda qələbəyə inam, qələbə uğrunda mübarizə ruhu formalaşdırıb. İndi uşaqda-böyüyə hər kəs “Ovod”un qəhrəmanı Artur Bertondan mübariz əhvalda olan idealist Feliçe Rivaresə çevrilib desək, səhv etmərik. Bu oyunlardan təkcə Azərbaycan deyil, Avropa da qazanır Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsindən 2 il 6 ay vaxt keçir. Az müddət ərzində bu qədər böyük miqyaslı tədbirə ev sahibliyi etməyən ölkə üçün infrastrukturların yaradılması böyük zəhmət tələb edirdi. Təcrübədən məlumdur ki, bu kateqoriyadan olan beynəlxalq tədbirlərə hazırlıq üçün 4-7 illik bir müddət gərəkdir. Amma vaxt məhdudiyyətinə baxmayaraq, proses dünya standartlarına uyğun icra olundu. Möhtəşəm olimpiya futbol stadionu açılışı qəbul etdiyi kimi, digər idman arenaları digər oyun növlərini qəbul edir: Bakı Su İdmanı Sarayı, Velopark, Bakı Atıcılıq Mərkəzi, Heydər Əliyev adına İdman Sarayı, Bakı İdman Zalı, Kristal-1, Kristal-2, Kristal-3, Milli Gimnastika Arenası. Bunlar ancaq idman yarışları üçün nəzərdə tutulan infrastrukturlardur. İdmançılar Atletlər Kəndində möhtəşəm bir şəhərcikdə yaşayır. Bütün bunlar göstərir ki, Azərbaycanda qısa və məhdud zaman ərzidnə nə qədər böyük layihələr icra olunub. Media nümayəndələrinin oyunları daha yaxından izləməsi üçün infrasturkturun yaradlmasından, Media kəndi, media mərkəzlərinin təşkilindən, VİP qonaqlar üçün ayrıca oturacaqların quraşdırılmasına qədər böyük və əhəmiyyətli işlər görülüb.

Artıq İkinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı qərar qəbul edilib. Yaxın zamanlarda ikinci oyunlara ev shibliyi etmək istəyən ölkə müəyyənləşəcək. Oyunların standartları, ənənələri o qədər möhtəşəmdir ki, ikinci oyunlara ev sahibliyi edəcək ölkənin üzərinə Avropa Oyunlarını Azərbaycanın müəyynələşdirdiyi standartlara uyğun hazırlamaq və keçirmək kimi böyük məsuliyyət düşür. Amma qarşıda 4 il var. Eləcə də Azərbaycan təcrübəsi, mövcud standartlar, hazırlıq üzrə peşəkarlar, könüllülər var. Bu, təcrübə, peşəkarların olması, könüllülər, ən nəhayət cənab prezidentin də dediyi kimi Avropa Oyunları üçün Azərbaycan standartları Avropanın qazancıdır. Bildiyimiz kimi qitə oyunlarının keçirilməməsinə görə Avropa Amerika və Asiyadan geri qalırdı. Amerika və Asiyada qitə oyunlarının tarixi 50 ildən çoxdur. Pan Amerika Oyunları 1955-ci ildən, Asiya Oyunları isə 1951-ci ildən keçirlir. Hər iki qitədə keçirilən oyunların illərdir oturuşmuş standartları mövcuddur. Avropada isə bu ilkdir. Ona görə də ilk təşkilatçılıq həm də risk sayılırdı. Standartların formalaşacağı, ənənələrin yaradılacağı, dünya miqyasında təbliğat işinin qurulması, ilk dəfə keçirilən Avropa Oyunlarını Amerika və Asiya oyunları səviyyəsində təqdim etmək son dərəcə məsuliyyət tələb edirdi. Məsuliyyəti üzərinə götürən ölkə kimi Azərbaycan bunu uğurla yerinə yetirdi. İlk dəfə keçirilməsinə rəğmən, aparılan təbliğat işi o qədər yüksək səviyyədə quruldu ki, Avropa oyunları populyarlığına görə digər iki qitə oyunları ilə artıq eyni statusdadır. Asiya Oyunlarının əsas lider ölkəsi olan Çinin Birinci Avropa Oyunlarının yayımına lisenziya alması bunun sübutudur. Mübaliğəsiz demək olar ki, ilk dəfə keçirilsə də, artıq Avropa Oyunları Avropanın özü qədər Asiyada da populyardır. Avropanın bu qazancında əsas pay sahibi isə ilk oyunların ağırlığını, məsuliyyətini üzərinə götürən, bu missiyanı layiqincə yerinə yetirən, möhtəşəm açılış törəni düzənləyən Azərbaycandır. Azərbaycanın ilk dəfə keçirilən Avropa oyunlarını 50 illik tarixi olan Amerika və Asiya oyunları ilə eyni statusda, standartlarla, ənənələrlə birgə Avropaya təqdim etməsi Avropanın ən böyük qazancıdır. Bir tarix yazıldı. O tarix ki, əsrlər keçəcək, dünya dəyişəcək, amma Avropa Oyunlarının ilk təşkilatçısı kimi Azərbaycanın adı unudulmayacaq. Avropa Oyunlarının möhtəşəm açılış mərasimi bir ilk və nümunə olaraq, hər zaman danışılacaq. Avropa Oyunlarının məşəli bu oyunlar zamanı Azərbaycandan – Atəşgahdan Avropaya aparılacaq!

Rufiz Qonaqov, Bakı 2015: Birinci Avropa Oyunlarına Dəstək Vətəndaş Cəmiyyəti Koalisiyasının Kordinatoru, politoloq, BMAM sədri .

Rəfail Becanov, jurnalist, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri

17 İyun 2015 13:41
Baxış: 169
  • Share on Facebook
  • Share on Twitter
  • Share on Vkontakte
  • Share on Odnoklassniki

Previous Post

“Bakı 2015: Birinci Avropa Oyunları” – İkitərəfli Qələbə Formulu Birinci Avropa Oyunları başladı

Next Post

Boksçumuz erməni idmançıya qalib gəldi

Bənzər yazılar

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib – FOTO

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib – FOTO

03 İyun 2026 - 12:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Bankın yeni inzibati binasının açılışında iştirak edib. Elchi.az xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh...

Ankara-İrəvan yaxınlaşması nə vəd edir? – “Stratfor”

Ankara-İrəvan yaxınlaşması nə vəd edir? – “Stratfor”

02 İyun 2026 - 15:30

Ermənistan-Türkiyə münasibətlərində istiləşmə Ankaranın regional təsirini gücləndirə və eyni zamanda İrəvanın Rusiyadan asılılığını qismən azalda bilər, lakin bu proses Moskvanın...

Bişkekdə 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Bişkekdə 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

28 May 2026 - 12:21

Azərbaycanın Qırğız Respublikasındakı Səfirliyi tərəfindən Bişkek şəhərinin “Hyatt Regency” mehmanxanasında 28 May–Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil etmişdir. Ziyafətdə...

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 28 May – Müstəqillik Günü ilə bağlı paylaşım edilib

28 May 2026 - 01:39

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 28 May - Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir:...

Next Post

Boksçumuz erməni idmançıya qalib gəldi

Boksçumuz erməni idmançıya qalib gəldi

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com