Məktəbəqədər təhsil müəssisələrinə onlayn qeydiyyatdan keçən valideynlərin sayı açıqlanıb.
Bununla bağlı Elchi.az-a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri məlumat verib.
O qeyd edib ki, Nazirliyinin “Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi”ndə üç gün ərzində 14,000-dən çox valideyn qeydiyyatdan keçib.