Suriya məhkəməsi ölkənin keçmiş lideri Bəşər Əsədi qiyabi olaraq ölüm cəzasına məhkum edib.
Elchi.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Bundan əlavə, Dəməşq Cinayət Məhkəməsi məhkəmə zalında iştirak edən yeganə təqsirləndirilən şəxsi – Suriya Ordusunun keçmiş briqada generalı və Əsədin əmisi oğlu Atif Nəcibi də ölüm cəzasına məhkum edib.
Agentlik bildirib ki, ölüm hökmü məhkəmədə iştirak edən Atif Nəcibə və – Bəşər Əsəd ilə onun qardaşı Mahirin başçılığı altında – azadlıqda olan digər səkkiz nəfərə Suriya xalqına qarşı müharibə cinayətləri, qətl, işgəncə və insanlığa qarşı cinayətlər törətdiklərinə görə verilib.
Daha əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Bəşər Əsədin Rusiyadan həmin respublikaya ekstradisiya edilməsi məsələsi uzun müddətdir ki, gündəmə gətirilmir. O vurğulamışdı ki, Moskva ərəb ölkəsinin keçmiş prezidentinə — zorakı qisas təhlükəsi fonunda — yalnız humanitar əsaslarla sığınacaq verib.
Yeganə





















