"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Bəşər Əsəd ABŞ-la anlaşdı: Hərbi əməkdaşlığa start verilir – FOTOLAR

10 Fevral 2015 - 18:26
in DÜNYA
FacebookVatsap
Bəşər Əsəd ABŞ-la anlaşdı: Hərbi əməkdaşlığa start verilir - FOTOLAR

“Agence France-Presse”in Beyrutdan verdiyi xəbərə görə, Suriya prezidenti Bəşər Əsəd Dəməşqdə bəyan edib ki, onlar ABŞ-ın Suriya ərazisində cihadçılara qarşı keçirdiyi hava hücumları barədə məlumat alırlar. Prezident vurğulayıb ki, bu hücumlar “daha da ciddiləşsə” amerikalılar onların hökumətinə kömək etmiş olarlar.
Suriya lideri çərşənbə axşamı “BBC” radiosuna verdiyi müsahibədə Suriya ordusunun “barel bomba”lardan (neft çəlləklərinə müxtəlif tərkibli yüksək partlayış effekti yaradan kimyəvi maddələr dolduraraq, düşmən üzərinə atmaq) istifadə etməsi ilə bağlı iddiaları təkzib edib. Halbuki məhz belə bombalarla üsyançıların nəzarət etdiyi ərazilərdə minlərlə insanın öldürüldüyü söylənilir.
ABŞ-ın rəhbərlik etdiyi hərbi alyans sentyabrın 23-dən Suriya ərazisindəki İŞİD mərkəzlərinə hava hücumlarına başlayıb. O vaxt ABŞ rəsmi Dəməşqlə öz hücumlarını tənzimləmək istəmədi.
Həmin vaxt prezident Əsəd təsdiq etdi ki, onun hökuməti ilə hərbi birləşmə arasında heç bir əməkdaşlıq mövcud deyil. Eyni zamanda rəsmi Dəməşq bəyan etdi ki, ABŞ-ın rəhbərlik etdiyi hərbi birlik İŞİD-ə aid məntəqələri vursa da, bəzi üsyançı qrupları müdafiə edir.
“Bizim hərbi birliklə əməkdaşlığımız yoxdur, o qrupa ABŞ və bir neçə ərəb ölkəsi daxildir”, – deyə B.Əsəd vurğulamışdı.
“Bəzən onlar mesaj verirlər, yalnız ümumi mesaj… Dialoq yoxdur. Necə deyərlər ki, informasiya var, ancaq dialoq yoxdur”. Bu fikirlər də B.Əsədə məxsusdur.
Onda B.Əsəd deyirdi ki, əlaqə üçüncü tərəf vasitəsi ilə gerçəkləşir. Bəzən hətta İraq üçüncü tərəf kimi çıxış edirdi. Orada da Vaşinqton və Qərb ittifaqı İŞİD-ə qarşı hava hücumları həyata keçirirdi.
Prezident Əsəd təkid edirdi ki, beynəlxalq hərbi birlik rəsmi Dəməşqlə öz fəaliyyətini koordinasiya etmədikcə, Suriyanın quru qoşunları bu işə cəlb olunmayınca, onlar İŞİD-ə qarşı uğur qazana bilməyəcək.
Analitiklər deyirlər ki, ABŞ-ın İŞİD-ə qarşı hava hücumları təşkil etməsi Suriya hökumətinin digər üsyançılara qarşı mübarizə aparmaq imkanlarını genişləndirir. Bunu açıq hiss edən silahlı üsyançılar ABŞ-ı ittiham etməyə başladı.
İnsan hüquqları ilə məşğul olan təşkilatlar prezident Əsədi “barel bomba”larına görə xüsusi hiddətlə tənqid edirlər. Ancaq Suriya prezidenti bu kimi ittihamları “uşaq söhbətləri” adlandırıb: “Mən eşitməmişəm ki, ordu barel bombalarından və ya aşpaz qazanlarından istifadə etsin”.
Men walk through a damaged area after what activists said were at least 20 air strikes by forces loyal to Syria's President Bashar al-Assad in the Douma neighbourhood of Damascus
“Bizim bombalarımız, raketlərimiz və mərmilərimiz var”, – deyən prezident vurğulayıb ki, onlar qanundankənar silahlardan istifadə etmirlər: ”Biz terrorçunu nişan alıb, məhz ona atəş açırıq. Atəş açırıq ki, mülki insanları terrorçuların gətirdiyi təhlükədən qoruyaq”.
Prezident B.Əsəd 2013-cü ildə Dəməşqdən kənarda ordunun kimyəvi silahdan istifadə etməsi və nəticədə 1400 nəfərin ölməsi ilə bağlı iddiaları da rədd edib.
Agentlik xatırladır ki, 2011-ci ilin martında Suriyada hökumətə qarşı kütləvi yürüşlər başlayıb. O vaxtdan indiyə kimi 210 min nəfər öldürülüb.
İsveçrədə BMT-nin rəhbərliyi altında Suriyadaxili danışıqlar da heç bir nəticə verməyib.
Elbəyi Həsənli 
447 DƏFƏ OXUNUB

 

Bunu da oxuyun

Zelenski Türkiyəyə səfər edib

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Previous Post

Bəşər Əsəd ABŞ-la anlaşdı: Hərbi əməkdaşlığa start verilir – FOTOLAR

Next Post

Gürcüstanda 5 min erməni gizli şəkildə Ermənistan vətəndaşlığı alıb

Bənzər yazılar

Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edib. Elchi.az xəbər verir ki, Volodimir Zelenski bu barədə sosial media hesabında məlumat yayıb. Zelenskinin...

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15

İran xarici işlər naziri Abbas Əraqçi Tehranın müharibə ehtimalını istisna etmədiyini və bütün ssenarilərə hazır olduğunu bildirib. Elchi.az xəbər verir...

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00

Polşa xarici işlər naziri Radoslav Sikorski Konstitusiya Məhkəməsi (KM) ətrafında baş verən hadisələri “xoşagəlməz, amma zəruri addım” kimi qiymətləndirib. Elchi.az...

Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13

Polşa Prezident Parlamentarilər Şurası axşam saatlarında təcili iclas keçirəcək. Elchi.az xəbər verir ki, bu barədə Parlamentarilər Şurasının sədri Marçin Xorala...

Next Post

Gürcüstanda 5 min erməni gizli şəkildə Ermənistan vətəndaşlığı alıb

Ölkədə yeni ixtisar dalğası: Daha 500 nəfərə bildiriş göndərilib

Son xəbərlər

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

01 Noyabr 2026 - 12:41
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

01 Noyabr 2026 - 12:39
Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq

01 Noyabr 2026 - 12:36
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.