"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Bələdiyyə sədrləri istintaqa cəlb edilir – Çovdarova hektarlarla torpağı kim bağışlayıb?

26 Noyabr 2015 - 11:12
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Abşeron rayonu, Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev istintaqa cəlb edilib.
AzNews.az-a daxil olan məlumata görə, buna səbəb sədrin Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan Akif Çovdarovla yaxın əlaqələrinin olmasıdır. Məlum olub ki, Çovdarovun istixanaları, balıq becərmə təsərrüfat sahələri əsasən Masazır ərazisindədir. Və bu ərazilər qeyri-qanuni olaraq ona hədiyyə edilib. Bunun qarşılığında isə bələdiyyə sədri öz qanunsuz əməllərini sığortalayıb, Çovdarovun zəhmindən, hökmündən özünə qalxan kimi istifadə edib. Xəbərə görə, özünü Akif Çovdarovun yaxın adamı kimi təqdim edən S.Əliyev 10 ildən artıqdır ki, sədrlik postunu qoruyub və ağıla gəlməyən qanunsuzluqlara əl atıb, nəticədə isə dəyəri milyonlarla ölçülən sərvətə sahib olub. Buna görə də, o, Azərbaycanın ən zəngin bələdiyyə sədrlərindən biri kimi tanınır.

S.Əliyevin Masazırdakı nəhəng şadlıq sarayı

Bələdiyyə sədrinin yeni avtomobili

Bələdiyyə sədrinin səlahiyyətlərini aşması, bələdiyyə üzvlərini daim qorxu və həyəcan içərisində saxlaması da məlum olub. Elə buna görədir ki, sədr istintaqa cəlb olunan kimi bələdiyyə üzvləri onun qanunsuz əməlləriylə bağlı prezident İlham Əliyevə müraciət hazırlayıblar.

Müraciətdə bildirilir ki, S.Əliyev A.Çovdarovla birləşərək bələdiyyə üzvlərinə hədə-qorxu gəlib, onlara saxta sənədlərə imza atdıraraq hektarlarla torpaq sahələrində istixana qurdurub. Müraciətdə Çovdarovun yaxın adamı, onun Abşerondakı bütün təsərrüfatına nəzarət edən, DİN-in keçmiş polkovniki Adil Yaqubovun da adı çəkilir. Belə ki, bələdiyyə üzvlərinin müraciətinə görə, A.Yaqubov onları həbs etdirməklə qorxuzub. Müraciətdə qeyd edilir ki, bələdiyyə üzvlərinə bu hədə-qorxular qanunsuz sənədlərə imza atmaqdan imtina etdikləri vaxtı olurmuş.

Daxil olan digər məlumata görə, Covdarovla başqa bələdiyyə sədrlərinin də yaxın əlaqələri müəyyən olunub. Onlardan Xırdalan Şəhər Bələdiyyəsinin sədri Eldar Əhmədov və Novxanı Bələdiyyəsinin sədri Şahin Tağıyevin də yaxın günlərdə istintaqa cəlb ediləcəyi gözlənilir.

***

Masazır Bələdiyyəsinin sədri Siyanfər Əliyev istintaqa cəlb edilməsi xəbərinə aydınlıq gətirib. O, AzNews.az-a açıqlamasında istintaqa çağırılması ilə bağlı xəbərləri təkzib edib: “Nə hansısa istintaq cəlb olunmuşam, nə də dindirilmişəm. Deyilənlər yalandır. Akif Çovdarova aid istixanaların olduğu torpaqlar icarədə olub. Yəni həmin torpaqlar ayrı-ayrı şəxslərin icarəsində olub. Mən həmin torpaqları niyə Akif Çovdarova hədiyyə etməliyəm ki? Torpaq hədiyyə olunmaq üçündür?”

Bələdiyyə sədri həmin torpaqlarda həbsxana olması məsələsinə də münasibət bildirib: “Jurnalistlər də gəlib bunun şahidi oldular. Orada həbsxana yoxdur”.

Generalın yaxın adamı hesab olunan Adil Yaqubov isə AzNews.az-a açıqlamasında Masazır ərazisində olan istixananın Akif Çovdarovun həyat yoldaşının adına olduğunu bildirib: “İstixana onun xanımının adınadır. Mən isə buraya nəzarət edirəm”.

Adil Yaqubov bələdiyyə sədrlərinin istintaqa cəlb olunması məsələsi haqda isə danışmaq istəməyib. O, bələdiyyə üzvlərinə hədə-qorxu gəlməsi məsələsinə isə belə münasibət bildirib: “Mən ağsaqqal adamam, mənim kiməsə hədə-qorxu gələsi yaşım keçib”

Previous Post

Bələdiyyə sədrləri istintaqa cəlb edilir – Çovdarova hektarlarla torpağı kim bağışlayıb?

Next Post

Türkiyə və Rusiya prezidentiləri Parisdə görüşəcək

Bənzər yazılar

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20

Panamanın cənubunda 7,6 maqnituda gücündə zəlzələ baş verib. Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların episentri...

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11

Bu gün İtaliyanın Siciliya adasının qərbindəki Marsala yaxınlığında sahildə nadir ikili su tornadosu yaranıb. Elchi.az "Euronews"a istinadən xəbər verir ki,...

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07

Avropa İttifaqı Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar...

Next Post

Türkiyə və Rusiya prezidentiləri Parisdə görüşəcək

Türkiyə və Rusiya prezidentiləri Parisdə görüşəcək

Son xəbərlər

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

09 Oktyabr 2026 - 23:01
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.