İstanbul Yıldız Texniki Universitetinin Elektronika və kommunikasiya fakültəsinin azərbaycanlı tələbələrindən ibarət olan “DroneX” komandası “Texnofest-2023” festivalı çərçivəsində Türkiyədə təşkil edilən “Pilotsuz Uçuş Aparatları” (PUA) beynəlxalq müsabiqəsində Milli Qəhrəman Mübariz İbrahimovun adını verdikləri dronla ən yüksək nəticə göstəriblər.
Elchi.az xəbər verir ki, azərbaycanlı tələbələrin işi 100-dən çox komandanın rəqabət apardığı final mərhələsində qızıl medala və kuboka layiq görülüb.
Qeyd edək ki, komandanın mükafatı bu gün təqdim ediləcək.
ƏƏSMN: Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib
Vətən müharibəsində Şuşa istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq sağlamlığını itirən daha bir qəhrəmanımız Samir Məmmədov müharibədə aldığı xəsarətlər nəticəsində hərəkət...





















Son şərhlər